DÜNYA


Həsən Ruhani yenidən İranın prezidenti seçilib VİDEO

Tehran, 20 may AZƏRTC

Ötən gün İranda keçirilmiş seçkilərdə səslərin 57 faizini toplayan Həsən Ruhani yenidən İran İslam Respublikasının prezidenti seçilib.

Bu barədə məlumat verən İranın daxili işlər naziri Əbülrza Rəhmani Fəzli bildirib ki, seçicilərin 70 faizdən çoxu səsvermədə iştirak edib. H.Ruhani səslərin 23 milyon 549-nu toplayıb. İbrahim Rəisi isə 15 milyon 786 səs qazanıb.

Seçkilərdə məğlub olan namizəd Haşimi Təba və Avropa İttifaqının beynəlxalq məsələlər üzrə komissarı Federika Moqerini Həsən Ruhanini qələbəsi münasibətilə təbrik ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.