DÜNYA


Həsən Ruhani yenidən prezident seçkilərində iştirak edəcək

A+ A

Tehran, 26 oktyabr, AZƏRTAC

Həsən Ruhani ikinci müddətdə də İran prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.

Bu barədə açıqlama verən İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Prezident Həsən Ruhani 2017-ci ilin mayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

Nazir bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi və Prezident Həsən Ruhani seçkilər zamanı dövlət resurslarından istifadəni qəti qadağan ediblər.

İran Konstitusiyasına əsasən prezident birbaşa səsvermə yolu ilə dörd il müddətinə seçilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.