RƏSMİ XRONİKA
Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb VİDEO
Həştərxan, 29 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak ediblər.
Rusiya Hökuməti və Azərbaycan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzaladılar.