ELM VƏ TEXNOLOGİYA


“Heterogen mühitlərdə metalların korroziyası və hidrogenləşməsi” kitabı nəşr olunub

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Heterogen mühitlərdə metalların korroziyası və hidrogenləşməsi” kitabı “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab metalların korroziyadan və hidrogenləşmədən inqibitorlarla, metal örtüklərlə, termiki emalla korroziya nöqteyi-nəzərindən aqressiv heterogen mühitlərdə (ikifazalı sistemlərdə, elektrolitlərdə, turşularda) mühafizəsinə həsr olunub.

Kitab tələbələr və metalların korroziyadan mühafizəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.