CƏMİYYƏT


Həyat tərzi, cinsiyyət və çəki orqanizmin qocalması prosesinə təsir etmir

Bakı, 10 iyul, AZƏRTAC 

Alimlərin araşdırmalarına görə həyat tərzi, cinsiyyət və çəki orqanizmin yaşlanma prosesinə təsir etmir. Belə ki, Amerika alimlərinin fikrincə, insanlarda qocalma prosesi 39 yaşından sonra, yəni orqanizmdə miyelin adlı maddənin istehsalının azalması ilə başlayır.

AZƏRTAC Medkrug saytına istinadla xəbər verir ki, miyelin sinir hüceyrələrini örtərək onları müxtəlif mənfi təsirlərdən qoruyur. Orqanizmdə bu maddənin istehsalının azalması ilə insanın hərəkət və beyin funksiyaları da zəifləyir. Bundan əlavə miyelin örtüyünün zədələnməsi və dağılması skleroz kimi xəstəliklərin yaranmasına da səbəb olur.

Alimlər bu prosesin dayandırılması və miyelinin orqanizmdə istehsalının artırılması istiqamətində hazırda heç bir təkliflərinin olmadığını bildirsələr də, bu mövzu ətrafında araşdırmaların davam etdiyini qeyd edirlər. Onların fikrincə, aparılan tədqiqatlar orqanizmdə miyelinin istehsalının artırılmasında böyük rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.