İQTİSADİYYAT


Həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub

Bakı, 6 iyun, AZƏRTAC

Hesablama Palatasının kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyaya dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin müdiri Sabir Hacıyev, şöbənin sosial sığorta sektorunun müdiri Həsrət Seyidov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Nəcməddin Orucov, Nazirliyin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov, Maliyyə və təsərrüfat şöbəsinin müdir əvəzi Nəsib Orucov müzakirələrdə iştirak edərək kollegiya üzvlərinin suallarını cavablandırıblar.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Kollegiyada Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiqlənib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin EUROSAI-ın (Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatı) X Konqresində iştirakı barədə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hilal Hüseynov və Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə Vaşinqton şəhərində "Təbii resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəetmə" mövzusunda keçirilən təlimdə iştirakı barədə palatanın sektor müdiri Sənay Paşayev məruzə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.