ELM VƏ TƏHSİL


Həyatı insanlıq dərsi olan dahi: ulu öndər Heydər Əliyev

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 284 və 299 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda BŞTİ müdirinin müavini Hüseyn Əsgərov “1993-cü ildən başlayan quruculuq və inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. H.Əsgərov ulu öndər Heydər Əliyevin çoxcəhətli həyat və fəaliyyətindən, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.

Nəzərə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, dövlətimiz məhv olmaqdan və parçalanmaqdan xilas olub.

H.Əsgərov ötən müddətdə Azərbaycanın nail olduğu əsaslı inkişafdan, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

Şagirdlər ümummilli lider Heydər Əliyevə və Vətənə həsr olunan şeirlər, mahnılar ifa ediblər.

Tədbirin sonunda “Heydər Əliyev dərsləri”ndə, həmçinin Ümummilli Liderin keçdiyi ömür yoluna və gördüyü işlərə dair inşa yazı müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.