İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı yenilənib
Bakı, 21 noyabr, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında həyata keçirilmiş 360 fototur yerləşdirilib.
Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də aeroportdan Bakının mərkəzinə hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.
Qeyd edək ki, vətəndaşlar veb-saytın fəaliyyəti üzrə təkliflərini, eləcə də sual və iradlarını [email protected] ünvanına, həmçinin Facebook - www.facebook.com/BakuAirport , Instagram – www.instagram.com/BakuAirport və Twitter - www.twitter.com/BakuAirport - sosial şəbəkələri vasitəsilə göndərə bilər.