Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Yevlax və Şəkidə sakinlərlə görüşlər keçirib

Bakı, 6 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Yevlax şəhərində toplantısı keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, toplantıda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddətdə gördüyü işlər, həyata keçirdiyi layihələr, həmçinin yeni yaradılan “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib.

Anar Ələkbərov bildirib ki, dövlət tərəfindən aparılan işlərlə yanaşı, Heydər Əliyev Fondu da yarandığı 2004-cü ildən etibarən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə tariximizin yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə nail olmaq məqsədilə elm və təhsil, səhiyyə, ekologiya, idman və digər sahələrin inkişafı istiqamətində müxtəlif proqramlar və layihələr həyata keçirib.

Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 412 yeni məktəb binası inşa olunub. “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri üzrə paytaxtda və regionlarda orta məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin binaları inşa edilib və əsaslı təmir olunub, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə indiyədək Azərbaycanda 50-ə yaxın dini məbəd, o cümlədən 500-ə yaxın mədəniyyət obyekti əsaslı təmir olunub.

Heydər Əliyev Fondu tərəfindən, o cümlədən Yevlax rayonunun Hacıselli kəndində 200, Nəmərli kəndində 100 yerlik yeni məktəb binaları inşa edilib, 360 yerlik Kövər kənd məktəbi yenidən qurulub.

Xüsusilə erməni diasporunun güclü olduğu ölkələrdə Fond tərəfindən Azərbaycan həqiqətlərinin tanıdılması və ölkəmiz ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini vurğulayan Anar Ələkbərov bildirib ki, bütün bunlar Fondun prezidenti Mehriban Əliyevanın səyi və yorulmaz fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev Fondu fəaliyyətini, həmçinin Azərbaycanın regionlarında da genişləndirir. Anar Ələkbərov bildirib ki, Fond ilkin mərhələdə 2016-2017-ci illər üzrə regionlarda fəaliyyətini genişləndirəcək. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək verməkdir.

Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər gördüyünü deyən Anar Ələkbərov hamını, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştirak etməyə, təkliflər verməyə dəvət edib. Çünki məhz bu təkliflər hər hansı bir layihənin icrasına təkan verə bilər. Daxil olan müraciətlər üzrə artıq elektron baza yaradıldığı və onun icrası ilə bağlı məsələlərin daim nəzarətdə saxlanıldığı qeyd edilib. Anar Ələkbərov deyib ki, İctimai Birlik əsasən əhalini kollektiv formada narahat edən problemlərin həllinə çalışır, yəni, şəxsi deyil, ümumilikdə region, rayon, kənd əhalisini narahat edən məsələlərin həllinə yönələn tədbirlər həyata keçirir.

Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev bildirib ki, fəaliyyətə başladığı 4 ay müddətində İctimai Birliyə regionlardan yaşayış sahələrinin qaz təchizatının yaxşılaşdırılması, keyfiyyətli elektrik enerjisi, içməli və suvarma suyu, telefon, internet və poçt rabitəsi ilə təminat, magistral və kənddaxili yolların təmiri, ekologiya və ətraf mühitin qorunması, həmçinin turizmin inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə sağlam həyat tərzinin aşılanması və digər istiqamətlərdə çoxsaylı müraciətlər daxil olub. Bütün müraciətlər, materiallar ətraflı təhlil edilib və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində onların həlli istiqamətində konkret addımlar atılmaqdadır. Məhəmməd Abdullayev bildirib ki, Aran regionu böyük bir ərazini əhatə etdiyindən, İctimai Birlik əhali ilə daha sıx təmasda olmaq məqsədilə regionu şərti olaraq “Aran-1” və “Aran-2” adlandırıb. “Aran-2” regionu üzrə fəaliyyət Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, İmişli, Beyləqan rayonlarını və Mingəçevir şəhərini əhatə edəcək. Nümayəndələr Yevlax şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyətə başlayıb. Artıq İctimai Birliyin 5 regional mərkəzi yaradılıb.

İctimai Birliyin üzvləri, könüllülər sakinlərlə daim ünsiyyətdə olurlar. Eyni zamanda, İctimai Birliyə 150 “qaynar xətt”i, elektron poçt ([email protected]), sosial şəbəkələr (www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf) vasitəsilə, 050 500 01 50 WhatsApp nömrəsi ilə əlaqə saxlayaraq müraciətlər, təkliflər, foto və video materiallar göndərmək, eləcə də təşkilata könüllü kimi qoşulmaq (http://riib.az/site/bizeqoshul) mümkündür.

Toplantıda çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov isə bildirib ki, İctimai Birlik qısa müddətdə bir çox istiqamətlərdə uğurlar əldə edib. O, bölgənin ağsaqqal və gənclərini, bütövlükdə ictimaiyyəti İctimai Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən məsələlərlə bağlı təkliflər verməyə çağırıb. Fuad Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layihələrin, proqramların, həmçinin dövlət proqramlarının həyata keçirilməsi sayəsində uğurlu nəticələr əldə edilib. Komitə sədri deyib ki, ölkənin ictimai həyatında fəallığı ilə seçilən Heydər Əliyev Fondu, xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər bir insanın həyatı ilə sıx bağlıdır və Fonda daxil olan müraciətin heç biri diqqətdən kənarda qalmır.

Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri və gənclər də Heydər Əliyev Fondunun bugünədək Yevlaxda müxtəlif sahələrdə həyata keçirdiyi layihələr, inşa edilən təhsil və səhiyyə müəssisələri, uşaq evləri barədə danışıblar.

Diskussiya formasında keçən tədbirdə rayonda istedadlı gənclərə dəstək, səhiyyənin inkişafı, əkin sahələrinin suvarılması ilə bağlı məsələlərin həlli, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, təhsil və idman, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri Yevlax rayonunun kəndlərində olublar, sakinlərlə görüşlər keçiriblər. Pambıq sahəsi ilə tanışlıq zamanı bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyinə pambıqçılığın inkişafı, suvarma sisteminin yaradılması ilə bağlı bır çox təkliflər daxil olub və onlar araşdırılır.

Eyni zamanda, Şəki rayonunda əhali ilə görüş təşkil olunub. Burada təmirə ehtiyacı olan məktəbə baxış keçirilib. Bildirilib ki, İctimai Birliyə regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri binalarının inşası və əsaslı təmiri işləri ilə bağlı müraciətlər daxil olur. Həmin müraciətlər Təhsil Nazirliyi ilə birgə müzakirə ediləcək.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Şəki şəhərində qarışıq tipli uşaq evində olublar. 1930-cu ildən fəaliyyət göstərən bu uşaq evində Heydər Əliyev Fondunun sosial sahə və təhsil üzrə layihələri çərçivəsində əsaslı təmir işlərinə başlanacağı bildirilib.

Sonra Birliyin nümayəndələri Şəkidə meyvə bağlarının salındığı təsərrüfat sahəsində olublar. Bildirilib ki, Şəkidə bağçılıq və tərəvəzçilik sahəsini inkişaf etdirmək üçün yaxşı imkanlar var. Hazırda bu sahədə əsas problem suvarma ilə bağlıdır.

Daha sonra rayon sakinləri ilə görüş olub. Görüşdə sakinlərlə yerindəcə bir sıra təkliflər müzakirə edilib. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin əhalidən daxil olan şəxsi təşəbbüslərlə təşkilatın layihələrinə dəstək göstərəcəklərini deyiblər. Eyni zamanda, arıçılıq təsərrüfatınin inkişafının vacibliyini bildirərək bu sahənin öyrənilməsi üçün maarifləndirici kursların təşkil olunmasını təklif ediblər. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müxtəlif sahələr üzrə təlim kurslarının keçirildiyini bildirən Anar Ələkbərov təklif olunan maarifləndirici kursun da yaxın zamanlarda reallaşdırılacağını deyib.

Sonda Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Ramazan bayramı münasibətilə rayon sakinlərinə təbrikini çatdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans