Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir VİDEO

Buxarest, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Buxarestdəki nüfuzlu “Hyperion” Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi” adlı konfrans keçirilmişdir. Tədbirdə “Hyperion” Universitetinin rəhbərliyi və müəllim heyəti, tələbələri, Buxarest Yazıçılar İttifaqının nümayəndələri, Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin tədqiqatçıları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar toplumunun nümayəndələri iştirak etmişlər.

Tədbiri “Hyperion” Universitetinin hüquq, jurnalistika və psixologiya fakültəsinin dekanı İon Marin açmışdır. O, belə tədbirlərin dünyada baş verən münaqişələrə düzgün qiymətin verilməsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin və onların havadarlarının məkrli siyasətindən danışmışdır. İ.Hacıyev ötən əsrin qəddarcasına törədilmiş faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı söhbət açmış, Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin əhalisinin azərbaycanlılardan ibarət olduğuna görə bir gecədə yer üzündən silindiyini, erməni vandallarının yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdiklərini, qocalara, qadınlara, uşaqlara amansız işgəncə verdiklərini diqqətə çatdırmışdır. O, ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulamışdır. İ.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs etmiş və bu kampaniyanın Dağlıq Qarabağ problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində uğurlu və uzaqgörən strategiya olduğunu vurğulamışdır. O, tədbir iştirakçılarını, tələbələri bu kampaniyaya qoşulmağa çağırmışdır.

Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürov Ermənistanın Azərbaycana qarşı təcavüzünü faktlarla iştirakçıların diqqətinə çatdırmış və hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. T.Şükürov bildirmişdir ki, hazırda İnterpolun xətti ilə barəsində beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr olunmuş “Ruhumuzun canlanması” adlı əsərində onun Xocalı soyqırımına haqq qazandırdığını və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini fəxrlə etiraf etdiyini söyləmişdir.

Rumıniya Prezidentinin strateji, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Yulian Kifunun rəhbəri olduğu Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin baş tədqiqatçısı xanım Lavinia Kristiana Lupu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, onun ağır nəticələri və problemin həlli prosesi barədə iştirakçılara məlumat vermişdir. O, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin kütləvi qırğınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd etmişdir. Xanım Lupu Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıdakı qətliamda birbaşa iştirak etdiyini vurğulamışdır.

Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea “Dağlıq Qarabağ münaqişəsi və Xocalı” adlı interaktiv təqdimatla çıxış etmişdir. O, Azərbaycanın tarixi, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən danışmışdır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs etmişdir. H.Qırbea bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ölkənin torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Sədr XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulamışdır.

Tədbirin sonunda Xocalı soyqırımı barədə qısametrajlı film göstərilmişdir. Faciə ilə bağlı broşürlər və kitablar tədbir iştirakçılarına paylanmışdır.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır