REGİONLAR
Heydər Əliyev Fondunun dəstəyi ilə Salyanın Qarabağlı kəndində uşaq bağçası tikilir
Salyan, 15 avqust, Mahir Babayev, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi ilə Salyanın Qarabağlı kəndində 100 yerlik uşaq bağçası-körpələr evi tikilir.
AZƏRTAC xəbər verir ki, iki mərtəbədən ibarət binada divar hörgüsü başa çatıb, dam örtüyünün vurulması və qapı-pəncərənin quraşdırılması işlərinə hazırlıq görülür. Məktəbəqədər müəssisədə yataq, oyun, tədris otaqları və mətbəx olacaq. Uşaq bağçasında su anbarı tikiləcək, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istixana quraşdırılacaq. Müəssisənin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular da olacaq.
Uşaq bağçasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.