CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq

Bakı, 9 iyun, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıblar. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.

Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların mövcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyəsinin və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.