Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatları aparılır

Bakı, 5 oktyabr, AZƏRTAC 

Heydər Əliyev Fondu tərəfindən “Koxlear implantasiya” proqramının həyata keçirilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib. Müayinələr nəticəsində 80 nəfər üzərində koxlear implantasiya əməliyyatının keçirilməsinə qərar verilib, 70 nəfərin isə eşitmə aparatına ehtiyac olduğu müəyyən edilib.

“Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri, tibb müəssisələrinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların aparılması, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin dəstəklənməsi bu gün öz müsbət nəticələrini göstərməkdədir,” - deyə Fondun icraçı direktoru Anar Ələkbərov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ildən etibarən başlanılmış eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında “Koxlear implantasiya” proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsuru olan şəxslər üzərində pulsuz müayinələr aparılmış, mütəxəssislər tərəfindən əməliyyata təyinat alan eşitmə qüsurlu şəxslərə implant qoyulması qərara alınmışdır. “Artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər bir illik müddətində Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunub” - deyə Anar Ələkbərov bildirib.

Koxlear implantasiya əməliyyatı edilən 26 nəfər əsasən 1-6 yaş arasındadır, bir nəfər isə 18 yaşındadır. Bu uşaqlar uğurla əməliyyat olunub, onlarda eşitmə sinirindən impuls alınıb.

Anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Raqibin anası Aygün Rəşidli əməliyyatdan razılığını bildirir: “Biləndə ki, uşaq eşitmir, həkimə müraciət etdik. Bizə Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu uşaqlar üzərində koxlear implantasiya əməliyyatlarının aparıldığını bildirdilər. Sağ olsunlar həkimləri, uşağı müayinə etdilər və əməliyyata qərar verdilər. Əməliyyat uğurla keçdi. Başda Mehriban xanım olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm”.

İki yaşlı Fatimənin anası Məryəm Ağabalayevanın da sevinci hədsizdir. O, sevincini bizimlə bölüşür: “Uşaq 11 aylıq olanda, xəbər tutduq ki, eşitmir. Həkimlər problemin həllini implantasiya əməliyyatında görürdülər, buna isə imkan yox idi. Heydər Əliyev Fonduna məktub yazdıq. Tezliklə cavab gəldi. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Koxlear implantasiya” proqramından biz də yararlandıq. Əməliyyat yaxşı keçib. Həkimlər deyirlər ki, uşağın eşitməsi 2 aydan sonra bərpa olunacaq. Buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır. İmplantlar anadangəlmə və qazanılmış eşitmə qüsuru olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə - pasiyentin hərtərəfli müayinədən keçməsi, cərrahi əməliyyat və reabilitasiya mərhələlərində həyata keçirilir. Müayinə zamanı eşitmə qüsurunun səbəb və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı səmərəlilik dərəcəsi müəyyən edilir. Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantasiya nəticəsində tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilir. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha səmərəli nəticələr verdiyini və bu şəxslərə əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir.

Oktyabrın 5-də isə daha 2 uşağın üzərində implantasiya əməliyyatı aparılıb. Zümrüd Bədirzadə 1 yaş 3 aylıq oğlu Səidin implantasiya əməliyyatı sayəsində dünyanın səslərini eşidəcəyinə ürəkdən inanır: “Oğlum vaxtından əvvəl doğulub. Üç aylığında isə xəstələnib və çoxlu antibiotiklər qəbul edib. Bəlkə də, bütün bunlar onun eşitməsində problemlər yaradıb. Müayinədən sonra əməliyyatı məsləhət gördülər. Fikirləşirdik ki, pulu haradan tapaq. Heydər Əliyev Fondunun bu proqramı üzrə müraciət etdik. Siyahıya aldılar. Bu gün isə əməliyyat olunacaq. Nəinki ümid edirəm, dəqiq bilirəm ki, əməliyyatdan sonra oğlum eşidəcək”.

Bu gün keçirilən hər iki əməliyyat Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas tərəfindən həyata keçirilir. O, bir çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə milli proqramlarda iştirak edir. Bundan əlavə, bu əməliyyatların keçirilməsində Rumıniya, Moldova, Liviya, Özbəkistan, Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə qazanıb. Bakıda olmağından məmnunluğunu ifadə edən litvalı alim Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanda bu əməliyyatların aparılmasının mümkünlüyünü bildirib. Bununla da eşidə bilməyən uşaqlara cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun dəstəyi ilə pulsuz müayinə və əməliyyatların keçirilməsinin böyük uğur olduğunu qeyd edən litvalı həkim bu təcrübənin səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və valideynlərin uşaqlarda bacarıq yaratma vərdişlərindən asılı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya zamanı ilkin mərhələdə 100-dək şəxs üzərində əməliyyat aparılması və həmin şəxslərin reabilitasiya kursundan keçirilməsi nəzərdə tutulub. Bu proqramın icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub