SİYASƏT


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qazaxıstanın dövlət katibi ilə görüşüb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.