Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb

Kann, 29 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb.

Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir.

Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov atasının müharibə dövründə fransız partizanlarına qoşulmasından, Müqavimət Hərəkatının qəhrəmanı olmasından, Şarl de Qollun rəğbətini qazanmasından danışıb. Azərbaycan bayrağının Kannda dalğalanmasından, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu şəhərdə sərgilərin açılmasından çox sevindiyini bildirən Cavanşir Cəbrayılov bütün bunların Fondun prezidenti Mehriban Əliyevanın vətənpərvərliyindən irəli gəldiyini vurğulayıb.

Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər.

Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunur. Bir sözlə, burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilir.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.

Fransalı fotoqraf Jan-Fransua Rozye deyib: “Mən 45 ildir ki, fotoqrafam. Məni Gəncəyə və Qəbələyə dəvət etdilər. Bu yerlərdə gördüyüm şərait, təbii zənginlik məni heyran etdi - dağlar, gözəl peyzaj. İnsanlar da çox istiqanlıdırlar. Azərbaycanda, onun bölgələrində multikulturalizmin, müxtəlif dinlərdən, mədəniyyətlərdən olan insanların birgəyaşayışının şahidi oldum. Bu multikulturalizm ənənəsi Gəncədə çəkilən şəkildə daha aydın əks olunub”.

Azərbaycanla bağlı keçirilən sərgilərin elə ilk dəqiqələrindən ziyarətçilərdə böyük maraq hiss edilirdi. Çoxlu sayda insan sərgilərlə tanış olmaq üçün Kannın festivallar sarayına gəlmişdi.

Sərgi iştirakçısı Jan-Pyer Jakob: “Bu sərgilər bizə Azərbaycan haqqında ətraflı məlumat verir, ölkəni yaxından tanımağa kömək edir. Azərbaycanı neçə ildir ki, Kann şəhərində təşkil olunan sərgilər, göstərilən filmlər sayəsində yaxından tanımağa başlamışam. Bu gün Azərbaycanın təbiətini əks etdirən şəkilləri çox sevdim. Ötən il Azərbaycanla bağlı sərgidə bizə ölkə haqqında çoxlu kitablar hədiyyə edilmişdi. Mən onların hamısını oxudum. Azərbaycanı tanıdığım digər Şərq ölkələri ilə müqayisə etmək imkanım oldu. Bu ölkənin özünəməxsus xüsusiyyətləri var. Burada təşkil olunan sərgilər, hədiyyə edilən kitablar məndə həyat yoldaşımla birlikdə ölkənizə səyahət etmək istəyi oyatdı. Biz yaxın zamanda Azərbaycana səyahət etməyi planlaşdırırıq”.

Sərgi iştirakçısı xanım Leopoldin: “Kannda Azərbaycanla bağlı təşkil olunan mədəni tədbirlər diqqətimi cəlb etdi. Burada təşkil olunan sərgilərin, göstərilən filmlərin sayəsində ölkəni yaxından tanımaq imkanım oldu. Hədiyyə edilən kitablardan daha çox məlumat əldə edirik. Ölkənin təbii gözəlliyinə vuruluruq. Azərbaycandakı tolerantlıqla bağlı göstərilən film daha çox xoşuma gəldi. Bu film ölkədəki mövcud multikulturalizmi tam əks etdirir. Ötən il Kanndan qayıdandan sonra Parisdə səyahət agentliyinə müraciət etdim və Azərbaycana səfər təşkil olunması ilə maraqlandım. Azərbaycana getməyi çox istəyirəm”.

Sərgi iştirakçısı xanım Toma: “Sərgiləri çox sevdim, şəkillər ölkəni yaxından tanımaq üçün əla fürsət yaradır. Sərgi, nümayiş olunan filmlər vasitəsilə ölkədə multikulturalizmin hökm sürdüyünü görürük. Müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayışının şahidi oluruq. Gəncədə olan qədim binaların hiperfotosu daha çox xoşuma gəldi”.

Hər üç sərgi iyulun 31-dək Kann şəhərinin sakinləri və turistlər üçün açıq olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kann

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

David Manukyan ömürlük azadlıqdan məhrum edilib

Həmidə Ömərova: Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır

Nazir: Regionlarda hüquqşünas çatışmazlığı ilə üzləşirik

“Zayed İnsan Qardaşlığı Mükafatı” regionda sülhün bərqərar olmasına verilən beynəlxalq qiymətdir RƏY

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib

İcraçı direktor: Bərpaolunan enerjiyə qoyulan investisiyalar yeni iş yerlərinin sayını 3 qat artırır

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib

Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək – PROQNOZ

Qiymətdən daha önəmli – Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılması - Məqalə

Superliqa klubu sabiq baş məşqçisini geri qaytara bilər

Ekspert Şurasının növbəti iclası keçirilib

Elşad İsgəndərov: Gənclərin COP 29 prosesində iştirakı Azərbaycanın iqlim diplomatiyasına yeni dinamika gətirir

“Arsenal” 17 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır

Züleyxa Qarayeva-Bağırova: Atamın doğum günündə mənzilimizin qapısı hər kəsin üzünə açıq olub

Adil Kərimli: Bu gün Azərbaycan mədəniyyəti hər kəsin həyat tərzinə çevrilməli olan sosial fenomen kimi ortaya qoyulub

“Nestle” körpə qidaları ilə bağlı məhsulunu geri çağırıb

Polşanın Baş naziri Kiyevə səfər edib

Xaçmazda qatar avtomobillə toqquşub, ölən var

Pakistanda əməliyyat başa çatdı: 216 terrorçu öldürüldü

Şamaxıda dəm qazı faciəsi: ana və iki övladı xəstəxanaya yerləşdirildi

“By Fateh” ictimai iaşə obyektində yoxlama aparılıb

Musiqi ilə döyünən 92 illik ömür FOTO

İmperatriça Evgeniyanın tacı tam bərpa ediləcək

BDU-da Çin Yaz Festivalı keçirilib

Kənan Əkpərov: Əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur

Mərcan gözlü Batabatın qış nağılı VİDEO

Mərcan gözlü Batabatın qış nağılı VİDEO

Binəqədidə optik naqil oğurlayan şəxs saxlanılıb VİDEO

Binəqədidə optik naqil oğurlayan şəxs saxlanılıb VİDEO

İssık-Kul gölü quruma təhlükəsi ilə üz-üzə: suyun səviyyəsi 14 metr aşağı düşüb

Vüqar Hümbətov: Bu il attestasiya prosesinə 8 mindən artıq müəllim cəlb olunacaq

Kamran Əliyev: Bəzi hüquq sahələri tarixə çevrilir

Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur

Şeffild Universitetində Azərbaycan Gəncləri Günü münasibətilə film nümayiş olunub

Lənkəranda narkomaniya ilə bağlı maarifləndirici aksiya təşkil olunub

Dünya Hökumətlər Sammitində mədəni əlaqələrin insan qardaşlığının möhkəmlənməsində rolu vurğulanıb

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Nazir müavini: Azərbaycan Afrikada diplomatik təmsilçiliyi genişləndirir, əməkdaşlıq üçün mövcud potensialı araşdırır VİDEO

Nazir müavini: Azərbaycan Afrikada diplomatik təmsilçiliyi genişləndirir, əməkdaşlıq üçün mövcud potensialı araşdırır VİDEO

Azərbaycanın sülhyönümlü siyasəti beynəlxalq müstəvidə yüksək qiymətləndirilir - RƏY

EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə məsləhətləşmələr aparılıb

Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO

Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO

Qazaxıstanda 4500-dən çox insan orqan transplantasiyası üçün növbə gözləyir

®  “İrşad”da “Yaşıl Cümə” gəldi – ürəklə seç! VİDEO

® “İrşad”da “Yaşıl Cümə” gəldi – ürəklə seç! VİDEO

“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi

“Alphabet” cari ildə süni intellektə 185 milyard dollar sərmayə yatıracaq

İnam Kərimov: Güclü dövlət anlayışı vətəndaş və sahibkarların hüquqlarının qorunması ilə ölçülür

Türkiyədə zəlzələdən zərər görən məscid və kilsələr bərpa edilir

“E-sosial” portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb VİDEO

“E-sosial” portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb VİDEO

Kanada-Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib

Şri-Lankada minlərlə məktəbdə müəllim çatışmazlığı var

Gimnastika üzrə Olimpiya çempionu Parisdən sonra ilk yarışını Bakıda keçirəcək

Minneapolis şəhərində 4 min qanunsuz miqrant saxlanılıb

TÜRKPA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Ötən gün narkotiklərlə əlaqədar 37 fakt müəyyən edilib

WUF13-də müzakirə ediləcək rəqəmsal həllər Azərbaycanın “ağıllı şəhər” layihələrinə töhfə verəcək - ŞƏRH

Sosial Xidmətlər Agentliyində təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub

Yalçın Rəfiyev: Azərbaycan dialoq və körpü quran ölkə kimi mövqeyini təsdiqləyir VİDEO

Yalçın Rəfiyev: Azərbaycan dialoq və körpü quran ölkə kimi mövqeyini təsdiqləyir VİDEO

“Şəhərsalma və Memarlıq İli” Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək RƏY

Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək

BOK gələcək Qış Olimpiya Oyunlarının vaxtını dəyişdirə bilər

Nazir müavini: Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək VİDEO

Nazir müavini: Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək VİDEO

Pakistanda avtobus qəzası: 2 ölü, 31 yaralı

BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH

Masallıda orta məktəb binasında yanğın baş verib

Azərbaycan qlobal dəyərlərin daşıyıcısıdır ŞƏRH

Səyyar “ASAN xidmət” Ağdaşda VİDEO

Səyyar “ASAN xidmət” Ağdaşda VİDEO

WUF13-ün Azərbaycanda keçirilməsi insan mərkəzli memarlıq mərhələsinin yeni mərhələyə keçdiyini göstərir ŞƏRH

Hatayın yeni siması: Türkiyədə dağıdıcı zəlzələlərin izləri silinir

Hacıqabulda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır VİDEO

BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır VİDEO

Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb

Yalçın Rəfiyev: Qlobal transformasiya şəraitində gənclərin diplomatik biliklərinin artırılması vacibdir VİDEO

Yalçın Rəfiyev: Qlobal transformasiya şəraitində gənclərin diplomatik biliklərinin artırılması vacibdir VİDEO

Antonio Quterreş nüvə silahları ilə bağlı təhlükənin artması barədə xəbərdarlıq edib

Azərbaycan klubu basketbolçusu ilə yollarını ayırıb

Türkiyə futbolunda qumar qalmaqalı ilə bağlı ittiham aktı hazırlanıb

Dünya birjalarında neft ucuzlaşıb

Dünya bazarında qızıl 49 dollara yaxın ucuzlaşıb

NBA: Son çempion səfərdə uduzub

Əksər ərazilərə qar yağıb

Xosep Qvardiola “Mançester Siti”dən ayrılır

TKT imtahanına qeydiyyat aparılır

“Qoşulmama Hərəkatı Gənclər Həftəsi” nəsillərarası dialoq üçün mühüm platformadır VİDEO

“Qoşulmama Hərəkatı Gənclər Həftəsi” nəsillərarası dialoq üçün mühüm platformadır VİDEO

BMT süni intellektlə bağlı mütəxəssis komissiyası yaradır

Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilir VİDEO

Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilir VİDEO

Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub

Afət Abbasova: Qara Qarayev Şərq və Qərb musiqi dünyasını birləşdirən nadir bəstəkarlardandır

Bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq

Xocasən qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb VİDEO

Xocasən qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan Kuboku: “Qarabağ” “Şamaxı”nın, “Kəpəz” “Turan Tovuz”un qonağı olacaq

Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib

Samuxda keçmiş məhkum 16 kiloqram narkotiklə saxlanılıb

“Cahan Sənaye Kompleksi”ndə 340 yeni iş yeri yaradılacaq

Bütün nəsillərin müasiri

Bakının bəzi yollarında sıxlıq yaranıb

Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb

Meşə yanğınlarından yaranan tüstü hər il 24 min amerikalının həyatına son qoyur

Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri müzakirə olunub

Avrozonada inflyasiya azalıb