İDMAN
Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub
Bakı, 16 iyul, AZƏRTAC
Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də cüdo üzrə dərsi dünya və Avropa çempionu, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.
8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.
Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.
“The Entertainer” oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıb, musiqi sədaları altında rəqs ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]