MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzinin parkında müğənni Xəyyam Nisanovun konserti olub

Bakı, 30 iyul, AZƏRTAC 

Ötən şənbə günü Heydər Əliyev Mərkəzinin parkında müğənni Xəyyam Nisanovun solo konserti olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzin parkında həftə sonları təşkil olunan ənənəvi istirahət proqramları çərçivəsində bu dəfə Xəyyam Nisanov gözəl mahnılar və şou proqramını canlı ifası ilə tamaşaçılara təqdim edib.

İki saata yaxın davam edən konsertdə Mərkəzin parkında dincələn yüzlərlə sakin və qonaqlar gözəl həftəsonu keçiriblər.

Qeyd edək ki, Mərkəzin parkında hər həftə müxtəlif əyləncə və istirahət proqramları təşkil olunur. Bu tədbirlərə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.