MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master klas keçirilib. Parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqslərini seyr ediblər. Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara, həmçinin ustad dərsi verib.

AZƏRTAC xəbər verir ki, iyulun 2-də səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında beşqat Azərbaycan çempionu, Avropanın vitse-çempionu, “Tonus” klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.