CƏMİYYƏT


Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi

Bakı, 10 iyun, AZƏRTAC

Bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi təşkil olunub.

Bir saatdan artıq davam edən dərsdə uşaqlar müxtəlif idman hərəkətləri edib, musiqi sədaları altında əyləncəli vaxt keçiriblər.

Dərsi idman ustası, 5 qat respublika çempionu, Avropanın vitse-çempionu, bədii gimnastika, Tonus klubunun müalicəvi bədən tərbiyəsi və streçinq üzrə məşqçisi Aelita Xələfova keçib.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında idmana maraq və sevgini artırmaq məqsədi daşıyan dərs ödənişsiz və giriş sərbəst olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların dincəldiyi, asudə vaxtlarını keçirdiyi ən sevimli məkanlardandır. Parkda, həmçinin mütəmadi olaraq müxtəlif proqramlar - idman dərsləri, yoqa sessiyaları, konsert və s. proqramlar da təşkil edilir.

Bu axşam 20:30-da isə Mərkəzin parkında dj Kənan və tarzən Azər Abbasovun iştirakı ilə açıq hava konserti olacaq. Konsertə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.