MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında “Gürcüstanın sehrli ritmləri”

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.