MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında bayram konserti olacaq
Bakı, 17 mart, AZƏRTAC
Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncə dolu bayram konserti təşkil olunacaq.
Saraydan AZƏRTAC-a bildirilib ki, konsertdə “Asiman” rəqs kollektivi, “Dəcəl qızlar” rəqs ansamblı, “Zima” uşaq musiqi festivalının finalçıları və “Euroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov iştirak edəcək.
Konsert çərçivəsində Novruz bayramının ən sevilən personajları-Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər təqdim olunacaq.
Qeyd edək ki, konsertə kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı fəaliyyət göstərən cəmiyyətlərin nümayəndələri və şəhid ailələri və əlillər dəvət olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]