İQTİSADİYYAT


Heydər Əliyev adına NEZ-də keçən il 6,6 milyon tondan çox xammal emal olunub

A+ A

Bakı, 3 avqust, Nihad Budaqov, AZƏRTAC

Heydər Əliyev adına neft emalı zavodu (NEZ) keçən il neftin emalı üzrə təyin olunan planı uğurla yerinə yetirib. Belə ki, hesabat dövründə zavodda 6 milyon 478,92 min ton neft və 146,6 min ton kənardan daxil olan müxtəlif növ xammal olmaqla, cəmi 6 milyon 625,52 min ton xammal emal edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, SOCAR ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ötən il ümumilikdə 8 milyon 160,6 min ton neft hasil edib. Bunun 6 milyon 777,8 min tonu “Azneft” İstehsalat Birliyinə (İB), 1382,8 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür. İl ərzində quru və dəniz sahələrində ümumilikdə 80 quyu istismara təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.