İQTİSADİYYAT


Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 min tondan çox neft şlamı zərərsizləşdirilib

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) müxtəlif avadanlıqlarda yığılıb qalmış 4 min 147 ton neft şlamı zərərsizləşdirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, NEZ-də bu il üçün nəzərdə tutulmuş ekoloji tədbirlər uğurla yerinə yetirilir. Zavod ərazisində, istehsalat sahələrində ağaclar, mövsümi güllər əkilir, məişət tullantıları zərərsizləşdirilir, atmosferə atılan tullantılar minimuma endirilir. Ötən müddətdə “Alfa-Laval” qurğusundan istifadə olunmaqla müxtəlif avadanlıqlarda yığılıb qalmış 4 min 147 ton neft şlamı zərərsizləşdirilib.

Zavodun sahələrindən 1089 kubmetr həcmində məişət tullantısı daşınıb, ərazidən 350 tondan çox metal tullantı kənarlaşdırılıb. Texnoloji qurğuların mövcud soyutma sistemi ilin isti aylarında tələbata cavab verə bilmədiyinə görə, Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən yeni susoyutma qurğusunun (qradirni) tikinti (məhsuldarlığı 7000 kubmetr/saat) işləri davam etdirilir. Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahədə bioloji təmizləmə qurğusunda birinci pillədə 2 ədəd çökdürücü mexaniki qarışıqlardan təmizlənib, mexaniki qarışıq lil meydançasına vurulub. Zavodun istehsalat sahələrində sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 22 ədəd su sayğacı alınıb və quraşdırılıb, su itkisinin qarşısı alınıb. Zavodda ətraf mühitin mühafizəsi tədbirləri mütəmadi olaraq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.