CƏMİYYƏT


Heydər Əliyev adına neft emalı zavodunda oftalmoloji tibbi müayinə keçirilib

Bakı, 19 may, AZƏRTAC 

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodundakı tibb məntəqəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən işçilərin oftalmoloji tibbi müayinəsi keçirilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün, səhər saat 08:30-dan axşam saat 18:00-dək davam edən tibbi müayinə mərkəzin müasir oftalmoloji aparat və avadanlıqlarla təchiz olunmuş xüsusi səyyar avtomobilində aparılıb. Təcrübəli oftalmoloqlar pasiyentləri müayinə edərək şikayətlərini diqqətlə dinləyib, aşkar edilən müxtəlif göz xəstəlikləri və qüsurları ilə əlaqədar tövsiyələr verib, bəzi göz xəstəliklərinin müalicəsi üçün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.