SİYASƏT


Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir

Bakı, 10 dekabr, AZƏRTAC

Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, ziyalıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, rayondakı dini icmaların rəhbərlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ehsan süfrəsi verilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını bildirib. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi mühüm tədbirləri qeyd edib, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusilə vurğulayıb.

Tədbirdə Bakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, “Azintur” Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdən olub.

Dindarlar Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq payları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.