Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev dühası: dövlət quruculuğu kursu müasir reallıqlar kontekstində

Heydər Əliyev dühası: dövlət quruculuğu kursu müasir reallıqlar kontekstində

Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşər əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. Dövlət xadimi kimi Ulu öndər Azərbaycan üçün əvəzedilməzdir. Müstəqil demokratik dövlətin memarı olan Heydər Əliyev həm də ölkənin müasirləşməsinin başlıca xəttini müəyyənləşdirmiş insandır. Onun işləyib hazırladığı inkişaf konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxaraq Azərbaycanı zirvələrdən zirvələrə aparmaqdadır. Siyasi varislik prinsipini gözləyən Prezident İlham Əliyev də Ulu öndərin dövlət quruculuğu ilə bağlı strateji fikirlərini yaradıcılıqla həyata keçirməkdədir. Müstəqil dövlətimiz etibarlı əllərdədir. Faktiki olaraq 1993-cü ilin ikinci yarısından başlayan Heydər Əliyev yolunun bir sıra məqamları üzərində daha geniş dayanmağa ehtiyac duyuruq.

Seçim anı: mürəkkəb vəziyyətdə uğurlu başlanğıc...

Həqiqət müqayisədə dərk edilir. Azərbaycanın bugünkü mövqelərini obyektiv qiymətləndirmək üçün fikrən xeyli əvvələ, 1991-ci ilin mart ayına qayıtmaq lazımdır. Mart ayının 7-də Azərbaycan Ali Sovetinin "Yeni İttifaq müqaviləsi" ilə bağlı referenduma həsr olunan sessiyası keçirilirdi. Müzakirələr çox gərgin ab-havada gedirdi. Bir qrup adamlar Azərbaycanın müstəqilliyinin əleyhinə idilər. O zaman Ulu Öndər onların qarşısında keçilməz sədd kimi ucaldı, Azərbaycanın müstəqil olmaqdan başqa yolunun olmadığını əminliklə söylədi. Ümummilli Liderin həmin sessiyadakı çıxışından bir parçanı diqqətlə oxuyaq və oradakı məntiqin sehrinin real gücü üzərində düşünək. Heydər Əliyev demişdi: "Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Bu, çətin, mürəkkəb, ziddiyyətlərlə dolu, ancaq millət üçün çox şərəfli olan müstəqillik yolunun, Heydər Əliyev kimi şəxsiyyətin güclü strateji məntiqi, zəngin dövlət adamı təcrübəsi, peşəkar siyasəti və böyük vətənpərvərliyi işığında antimüstəqillik tərəfdarlarının sıralarının darmadağın edilməsinin başlanğıcı idi. Millət üçün qürurverici, düşmən üçün isə öldürücü fəaliyyətin ilk addımı idi. Və bu keyfiyyətdə həmin başlanğıc unudulmazdır, yaddaşlarda daim yeri olan tarixi məqamdır!

Azərbaycanın 25 illik müstəqillik təcrübəsi Ulu öndərin o zaman söylədiyi fikirlərin hər bir anının nə dərəcədə həqiqət olduğunu tam təsdiq etdi. Bəli, Azərbaycan müstəqil oldu, ona maneçilik törətmək istəyənlər də tapıldı, ölkədə çox çətin iqtisadi, mənəvi-psixoloji və siyasi vəziyyət də yaradıldı, lakin Heydər Əliyevin öndərliyi ilə müstəqillik uğrunda mübarizə səngimədi, əksinə, kükrədi, qarşısındakı bütün çətinlikləri yox edib, azadlığın, inkişafın, müstəqilliyin 25-ci qatına yüksəldi. Yol davam edir, təbii ki...

Və bu tarixdə ən əhəmiyyətlisi nədir, bilirsinizmi? Heydər Əliyevin "Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm" sözlərinin arxasında mərd vətənpərvər kimi, uzaqgörən siyasətçi və strateq olaraq, dünyanın müasir tələblərini çox gözəl bilən və ondan Azərbaycan dövlətçiliyi üçün həyat əhəmiyyətli nəticələr çıxaran lider olaraq dayanmasıdır! Bu, milyonlara ümid verdi, onları Vətən uğrunda savaşa səslədi, həvəsləndirdi və İlham Əliyev kimi varisi yetişdirdi! Bax, bunları düşünərək, soyuq dekabr ayında Ulu öndərin həyata keçirdiyi işlərin yalnız bir qismi haqqında xatirələrə dalaraq, deyirik: nə yaxşı ki, Heydər Əliyev kimi liderimiz olub, nə yaxşı ki, belə bir qüdrətli şəxsiyyəti Azərbaycan xalqı yetişdirə bilib! Sözün həqiqi mənasında bu millət, bu xalq ölməzdir, çox böyükdür!

Nəhənglərlə üz-üzə: quruculuğun Əliyev modeli

Bu, doğrudan da milli dövlətçilik tarixində şanlı yeri olan olaydır, həqiqətdir. Azərbaycan dünyanın güclü dairələri ilə savaşda özünün müstəqillik iddiasını sübut etməli idi. Sirr deyil, həmin mərhələdə dostla düşmən bir-birinə qarışmışdı, kimin haradan və hansı zərbəni vuracağı məlum deyildi. Böyük dövlətlərin bır sıra dairələri də Azərbaycanın müstəqil olmasını elə də arzulamırdılar. Üstəlik, müstəqilliklə bağlı acı təcrübəmiz də vardı – Azərbaycan Xalq Cümhuriyyətini cəmi 23 aya boğdular! Əlavə olaraq 1991-1993-cü illərdə ölkəyə səriştəsiz, ifrat iddialı, özündənrazı adamlar rəhbərlik etməklə çox rüsvayçı bir vəziyyət yaratmışdılar. Obrazlı deyilsə, ölkə müstəqilliyin külündə yanıb sönməkdə idi.

Heydər Əliyev, eyni zamanda, bir neçə cəbhədə ölüm-dirim savaşını başlamağa məcbur idi. Hələ 1991-ci il avqustun 30-da "Azərbaycanın Müstəqillik Bəyannaməsi" ilə bağlı Ali Sovetin sessiyasında Heydər Əliyev qətiyyətli mövqeyi ilə düşmənlərin başına od ələyirdi. O, açıq ifadə etmişdi: "Bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur". Azərbaycanı işğal edənlər bu sözlərin arxasında nələrin dayandığını çox gözəl bilirdilər. Heydər Əliyev də çəkinmədən dünya siyasətinin nəhəngləri ilə hansı mübarizəyə başladığının fərqində idi. Məhz bu baxımdan irəlidə çətin, təhlükəli və riskli anlarla dolu mürəkkəb bir savaşın olduğunu Ulu Öndərdən daha yaxşı dərk edən ikinci bir siyasətçi yox idi. Tarix Heydər Əliyevin qalib şəxsiyyət olduğunu dünyaya nümayiş etdirdi!

Azərbaycanı siyasət, iqtisadiyyat, ideologiya, müstəqil dövlət quruculuğu, işğala qarşı dura biləcək güclü ordu yaratmaq kimi vacib sahələrdə inkişaf etdirmək xəttini reallaşdırmaq lazım idi. Məsələnin bu tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin 25 illik müstəqillik tarixini mərhələlərə bölməsinin işığında daha maraqlı məzmun kəsb edir. Dövlət başçısı Azərbaycanın 25 illik müstəqillik tarixini üç mərhələyə ayırıb. Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir və faciəvi dövr adlanır. Bu mərhələnin də 1991-1992-ci illəri itirilmiş imkanlar, 1992-1993-cü illər isə rüsvayçılıq və fəlakət dövrləridir. İndi təsəvvür edin, Ulu Öndərin nəhənglərlə böyük savaşı həmin rüsvayçılıq və fəlakət mərhələsindən başlayır. Heydər Əliyev həm dünya miqyasında böyük siyasi qruplarla mübarizə aparmalı, həm təcavüzkar Ermənistanın işğalçılığını neytrallaşdırmalı, həm də daxildəki həmin "rüsvayçı qrupları" zərərsizləşdirməli idi! Bunların fonunda isə ölkəni yeni sosial-iqtisadi inkişaf xəttinə çıxarmalı, sabitliyə nail olmalı idi! Ulu öndər bunların hamısının öhdəsindən gəldi! Bu mənada onun savaşı Böyük Savaş idi! Ən əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, həyatda güclü mücadilə verməklə yanaşı, Heydər Əliyev dövlət quruculuğunda uğur qazandıra biləcək mükəmməl fəaliyyət modelini də formalaşdıra bildi. Bu modelin siyasi-ideoloji, iqtisadi, mənəvi-əxlaqi, enerji aspektləri yüksək dərəcədə işlək oldu, konkret səmərə verdi. Heç şübhəsiz, dövlət quruculuğu tarixinə bunlar uğur əldə etmənin "Əliyev modeli" kimi daxil olub. Konkret nümunələrə keçək.

Müstəqilliyin mərhələləri: sistemli fəaliyyət fəlsəfəsi

Prezident İlham Əliyev müstəqilliyin ikinci mərhələsini "sabitlik və inkişaf dövrü" adlandırıb. Bu, 1993-2003-cü illəri əhatə edir. Bizcə, çox maraqlı və dəqiq təsnifdir. Çünki 1991-1993-cü illərin xaotik və rüsvayçı durumundan ilk etapda sabitliyə, oradan da dayanıqlı inkişaf müstəvisinə çıxmaq daha məntiqi olardı. Ulu öndər məhz bunu həyata keçirdi. Həmin müddətdə Azərbaycanın daxili sosial-siyasi və iqtisadi mühiti sabit ritmə düşdü. Bütün sahələrdə inkişaf özünü göstərdi. Səmərəli neft siyasəti sayəsində Heydər Əliyev ölkənin iqtisadi sisteminin bütün sahələrində dinamik inkişafı təmin edə bildi. "Əsrin müqaviləsi", Bakı-Ceyhanla bağlı prinsipial qərarın qəbul edilməsi və onun ardıcıl şəkildə həyata keçirilməsi, dövlət quruculuğu sahəsində konkret proqramların reallaşdırılması, xarici siyasətdə Azərbaycan modelinin formalaşdırılması, beynəlxalq təşkilatlarla aktiv diplomatiya müstəvisində əlaqələrin inkişaf etdirilməsi, əhalinin sosial təminatının ardıcıl olaraq gücləndirilməsi, ordunun hərbi qüdrətinin yüksələn xətlə artırılması birbaşa Heydər Əliyevin gərgin əməyinin nəticələridir. Konkret ifadə etsək, XX əsrin 90-cı illərinin ortalarından başlayaraq, Ulu Öndərin rəhbərliyi altında aparılmış siyasi, sosial və iqtisadi islahatlar nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin əsası və onun gələcək inkişafı üçün möhkəm təməllər üzərində qurulmuş baza yaradıldı. Məhz bu əsasda Azərbaycan daxili sosial-siyasi sabitliyə nail olub və daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib.

Bu prosesin konkret ifadəsi müxtəlif proqramların reallaşdırılmasında təsbit edilməkdədir. Bu baxımdan enerji siyasəti Heydər Əliyevin milli dövlət quruculuğuna verdiyi ən böyük töhfələrdən biridir. Məsələ həm enerji siyasətinin məzmunundan, həm də mürəkkəb geosiyasi şəraitdə onun hədəflərinin dəqiq seçilməsindən ibarətdir. Çünki sovetlər dağıldıqdan sonra təbii sərvətlərlə zəngin olan keçmiş respublikalar böyük geosiyasi güclərin nüfuz uğrunda savaşı məkanına çevrildilər. Məlum səbəblərdən Azərbaycana münasibət xüsusilə ziddiyyətli idi. Məhz buna görədir ki, "Əsrin müqaviləsi"nin reallaşması bir neçə sui-qəsd planları, ayrı-ayrı təşkilatların təxribatçı davranışları, bir sıra böyük dövlətlərin qısqanclığı ilə müşayiət olunurdu. Heydər Əliyevin dərin zəkası, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi və yenilməz iradəsi bütün bu maneələri aşdı. Olduqca mürəkkəb geosiyasi vəziyyətdə Ulu öndər elə düzgün enerji siyasəti yeritdi ki, indi dünyanın geosiyasi qədərinə təsir edə bilən layihələr bir-birinin ardınca reallaşmağa başladı. Bu mənada Bakı-Ceyhandan başlayan şərəfli yol Bakı-Ərzurum layihəsindən keçərək, indi TANAP və TAP-la davam etməkdədir. Şübhəsiz, bu da son deyil – davamı olacaq!

Daha geniş aspektdə enerji siyasəti bütövlükdə xarici siyasətin tərkib hissəsi kimi görünür. Heydər Əliyev xarici siyasətin Azərbaycan modelini yaratmaqla sonrakı mərhələdə enerji siyasətinin milli təhlükəsizliyin tərkib hissəsinə çevrilməsinin təməlini qoymuş oldu. Çünki xarici siyasət qarşılıqlı bağlı olan istiqamətlərin vəhdəti halına gətirildi. Burada bir-birini tamamlamayan faktor, yaxud sfera qalmadı. Ulu Öndər bu cür sistemlilik və vəhdət vasitəsilə enerji layihələrindən əldə edilən vəsaitin sosial-iqtisadi, müdafiə, sosial təminat, islahatlar kimi mühüm sahələrə sərmayə qoyulmasına imkan yaratdı. Xarici siyasətin bu aspekti elmi tədqiqat üçün gözəl faktlar verir.

Başqa mühüm məqam xarici siyasətin Azərbaycan modelinin bir tərəfdən regional inteqrasiyaya yeni imkanlar açması, digər tərəfdən isə ölkənin qlobal təhlükəsizliyə töhfələr verməsi ilə bağlıdır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə hazırda üçtərəfli əməkdaşlıq formatı ciddi səmərə verməkdədir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formulları dünya miqyasında maraq doğuran hadisələrdir. Bu proseslərin əsası isə Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursunda qoyulmuşdu.

Əgər keçən əsrin 90-cı illərinin ortalarından xarici siyasətdə reallaşdırılan layihələr olmasaydı, sonrakı mərhələdə Azərbaycanın BMT TŞ-yə sədrliyi, Avropa Şurasındakı aktiv fəaliyyəti, beynəlxalq terrora qarşı mübarizədə iştirakı, İƏT-dəki aktiv fəaliyyəti, Qoşulmama Hərəkatındakı əvəzedilməz yeri, "Yeni İpək Yolu" layihəsindəki əhəmiyyətli iştirakı mümkün olmazdı. Burada bir vacib nəzəri faktoru da vurğulamaq lazımdır.

Belə çıxır ki, xarici siyasətin Azərbaycan modelində mühüm amillərdən biri varisliyin təmin edilməsidir. Heydər Əliyev elə bir xarici siyasət kursu yaratdı ki, özündən sonrakı mərhələdə həmin xəttin potensial imkanları daha da genişləndi. Konkret desək, bu kurs öz yaşarlığını sübut etdi. Dövlət quruculuğu kontekstində bu, strateji əhəmiyyətli məsələdir. Həm də ona görə ki, xarici siyasət daxili siyasətlə sıx bağlıdır. Bu bağlılıqda daxili siyasətin mühüm bir özəlliyini vurğulamaq istərdik.

Siyasi varislik: ləyaqətli siyasətin anatomiyası

Heydər Əliyev daxili siyasətlə xarici siyasət arasında yüksək uyğunluğa nail olmuşdu. Xarici siyasətdə enerji faktorunu da nəzərə alanda, regional əməkdaşlıq perspektivi aydın hiss olunurdu. Qlobal təhlükəsizlik kontekstində bu, terrorla mübarizədə aktiv iştiraka yol açırdı, daxili sabitliyə nail olmaq üçün isə cəmiyyətin müxtəlif kəsimləri arasında həmrəyliyin təmin edilməsi üçün əsas yaradırdı. Sonuncu məqam multikultural dəyərlərin inkişafına maksimum şəraitin yaradılmasında, dini konfessiyalararası dialoqa imkanların açılmasında və vətəndaş həmrəyliyinin təmin edilməsində prinsipial rol oynayıb. Məhz bu xətt indi Azərbaycanda multikulturalizmi birgəyaşayışın başlıca üsuluna çevirib. Hətta ölkə bu aspektdə digərləri üçün nümunə halına gəlib. Bu barədə dünyanın nüfuzlu siyasi xadimləri belə öz fikirlərini bildirirlər.

Nəhayət, yuxarıda vurğulanan məqamlar varislik prinsipinin konkret üstünlüklərini təsdiq edir. Həmin xüsusiyyət Prezident İlham Əliyevin aşağıdakı fikirlərində öz dolğun və konkret ifadəsini tapıb. Ölkə başçısı müstəqilliyin bərpasının 25 illiyi ilə əlaqədar təşkil edilmiş rəsmi qəbulda söyləyib: "Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir".

Bu fikirləri təsdiq edən yüzlərlə faktlar vardır. Onların yalnız bir qismini xatırlatmaq belə mənzərəni aydın təsəvvür etməyə imkan verir. Son 12 il ərzində ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. Büdcə gəlirlərinin artımı 20 dəfəni keçir. Həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə düşüb. Keçən müddətdə açılan yeni iş yerlərinin sayı 1 milyon 500 mindir. İndi bütövlükdə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik indeksində Azərbaycan 37-ci yerdədir. Bu, gənc müstəqil dövlət üçün yüksək göstəricidir. Bir sıra reytinq agentlikləri ("Fitch", "Standard and Poor's", "Moody's") Azərbaycana yüksək qiymət verirlər. Ölkə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksində (İİİ) "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşıb. İndi Azərbaycan kosmik ölkələr sırasındadır. Bu proses 2013-cü ildə ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə başlayıb. "ASAN xidmət" isə artıq dünyada Azərbaycan brendi kimi məşhurdur.

Faktların sayını artırmaq olar. Ancaq yuxarıda vurğulananlar da onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasını siyasi varisliyi mükəmməl surətdə gözləməklə uğurla inkişaf etdirir. Bütün sahələrdə Ulu öndərin miras qoyub getdiyi kursu yeni səviyyəyə yüksəldir. Bu səbəbdəndir ki, ekspertlər Azərbaycanın artıq müstəqilliyin dördüncü mərhələsinə qədəm qoyduğunu vurğulayırlar. Bu mərhələ müstəqilliyin 2003-cü ildən başlayan 3-cü mərhələsinin növbəti inkişaf səviyyəsinə qalxması ilə xarakterizə olunur. 3-cü mərhələ sürətli inkişafı təmin edib. 4-cü mərhələdə bütövlükdə modern islahatlar başlıca yer tutmaqdadır. Bu, dövlətçiliyin keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoymaq deməkdir. Artıq söhbət regional liderin bütün sahələrdə islahatları dərinləşdirmək və genişləndirmək yolu ilə vətəndaş cəmiyyətini formalaşdırma prosesini başa çatdırmaq üçün xüsusi proqramları reallaşdırmaq iradəsini ortaya qoymasından gedir. Bu mərhələ yüksək texnologiyalara və insan kapitalının prioritetliyinə əsaslanan demokratik təkamül xəttinin aparılması ilə xarakterizə olunmalıdır. Həmin yolun əsası 1993-cü ilin ikinci yarısında qoyulub. Strategiya düzgün və reallığa uyğun seçildiyindən, onun uğurlu olacağına qətiyyən şübhə yoxdur. Heydər Əliyevin ideyaları və əməlləri müstəqil Azərbaycanın yeni-yeni zirvələri fəth etməsinə böyük imkanlar yaradıb və bu, əbədi olaraq belə olacaq!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub