REGİONLAR


Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır

A+ A

Qax, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikir Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə iyulun 14-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda səslənən məruzə və çıxışlarda vurğulanıb ki, Azərbaycanın dövlətçilik ənənələrinin bərpası, respublikamızın iqtisadi qüdrətinin artması məhz Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündən – 1969-cu il iyulun 14-dən başlanıb. O zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.

Bildirilib ki, Heydər Əliyevin taleyinə Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin siyasi, sosial-iqtisadi və mədəni intibahına nail olmaq missiyası düşüb. Ulu Öndər həm ötən əsrin 70-ci illərində, həm də 1993-cü ildən ömrünün sonunadək bu missiyanın öhdəsindən layiqincə gəlib.

Çıxışlarda dahi rəhbərin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.