ELM VƏ TƏHSİL
“Heydər Əliyev irsini öyrənirik” adlı intellektual yarışın ikinci turu keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
“Heydər Əliyev irsini öyrənirik” adlı intellektual yarışın ikinci turu keçirilib.
Bakı Dövlət Universitetinin tələbə həmkarlar ittifaqı komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Master Academy” tədris mərkəzində keçirilən bu turda Bakı şəhərinin müxtəlif ali məktəblərindən 100-dək tələbə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən suallara cavab verərək biliklərini sınayıb.
İntellektual yarış Yasamal rayon Gənclər və İdman İdarəsi, YAP Yasamal Gənclər Birliyi, Xəzər İntellektual Oyunlar Klubu, BDU-nun İntellektual Oyunlar Klubu və BDU tələbə gənclər təşkilatı tərəfindən birgə həyata keçirilir.