REGİONLAR
Heydər Əliyev müstəqil və çiçəklənən Azərbaycanın memarıdır
Sumqayıt, 6 may, AZƏRTAC
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev müstəqil və çiçəklənən Azərbaycanın memarıdır” mövzusunda elmi praktik konfrans keçirilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransı universitetin rektoru Elxan Hüseynov açıb. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər, eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadim idi. Onun ölkəmiz üçün gördüyü işlər ölçüyəgəlməzdir. Dahi rəhbərin dəqiqliklə işləyib hazırladığı siyasət kursu Azərbaycanı dünyada tanıtdı, söz və nüfuz sahibinə çevirdi. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Tədbir məruzələrlə davam etdirildi, Ulu Öndərin Azərbaycan naminə gördüyü işlərdən, reallaşdırılan layihələrdən, qazanılan uğurlardan bəhs olundu.