İQTİSADİYYAT
Heydər Əliyev prospekti tezliklə tam yeni və müasir görkəmdə olacaq VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Heydər Əliyev prospektində nəzərdə tutulan təmir işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, prospektin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 kilometr hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir. Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq.
Qeyd edək ki, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekanstuksiyası və sair işlər həyata keçirilir.