İQTİSADİYYAT
Heydər Əliyev prospektinin əsas hissəsində nəqliyyatın hərəkəti bərpa olunub VİDEO
Bakı, 21 aprel, AZƏRTAC
Paytaxtın Heydər Əliyev prospektinin əsas hissəsində gecə saat 02:00 radələrinə qədər işçi qüvvəsi və texnika səfərbər olunaraq son tamamlanma işləri başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təmir və abadlıq işləri həyata keçirilən əsas yolun istər gediş, istərsə də gəliş hissəsində aprelin 21-də səhər saatlarından nəqliyyatın hərəkəti bərpa olunub.
Artıq nəqliyyat vasitələri fasiləsiz və maneəsiz hərəkət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]