REGİONLAR


Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli mənəvi dəyərlərimizdəndir

A+ A

Bərdə, 25 avqust, AZƏRTAC

Bərdə rayon mərkəzi kitabxanasında rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli mənəvi dəyərlərimizdəndir” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclərə milli mənəvi və əxlaqi dəyərlərin aşılanması məqsədilə təşkil olunan tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölməsinin nümayəndələri, rayon “Cümə” məscidinin axundu, ümumtəhsil məktəblərinin uşaq birliklərinin sədrləri və fəal gənclər iştirak ediblər.

Rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov tədbirdə çıxış edərək, Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələrindən danışıb. Bildirib ki, multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada meydana çıxsa da, Azərbaycanda həyat tərzinə çevrilib.

Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxışında bildirib ki, insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən multikulturalizmin təbliği vacib və aktualdır. Bu baxımdan ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi mühüm əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov, “Cümə” məscidinin axundu Ramazan Hüseynov çıxışlarında ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini etiqad və vicdan azadlığının təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərib. Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində önəmli addımlar atılır.

Tədbirdə mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.