MƏDƏNİYYƏT


“Heydər Əliyev və Azərbaycan dilinin qorunması” mövzusunda tədbir keçiriləcək

A+ A

Bakı. 23 iyul, AZƏRTAC

Avqustun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evi Binəqədi rayon MKS-nin 2 saylı filialı ilə birgə “Heydər Əliyev və Azərbaycan dilinin qorunması siyasəti” adlı tədbir keçirəcək.

İdarədən AZƏRTAC-a bildirilib ki, elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak edəcəkləri tədbir 1 avqust - Azərbaycan dili və əlifbası gününə həsr ediləcək.

Tədbir çərçivəsində “Azərbaycan dilim, doğma dilim” mövzusunda sərgi nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.