ELM VƏ TƏHSİL


“Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda elmi konfrans

Bakı, 11 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, elm və təhsil sahəsinə göstərdiyi qayğıdan bəhs edib.

Professor Abuzər Xələfov məruzəsində ulu öndər Heydər Əliyevin kitabxana işinə yüksək qiymət verdiyini, bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirib.

Sonra bölmə iclasları olub, 35 məruzə dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.