Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Heydər Əliyev və Azərbaycanın dövlət idarəetmə modeli” mövzusunda elmi-praktik seminar keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycanın dövlət idarəetmə modeli” mövzusunda elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Bildirib ki, Mərkəzin təşkil etdiyi elmi-praktik seminarlarda Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzular müzakirə edilir, Ulu Öndəri yaxından tanıyan, onunla birgə işləmiş şəxslər, ictimai-siyasi xadimlərin məruzələri dinlənilir. İndiyədək “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və Azərbaycan dili” və digər mövzularda müzakirələr təşkil olunub.

Budəfəki seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun məruzəsi dinlənilib. O, Ulu Öndərin rəhbərliyi altında beynəlxalq norma və prinsiplərə uyğun milli dövlət quruculuğu, bu istiqamətdə həyata keçirilən sistemli və ardıcıl islahatlar, Azərbaycanın inkişaf strategiyası barədə məlumat verib. Akademikin çıxışı videomateriallarla müşayiət olunub.

Məruzədə bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ötən illərdə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə daxil olub. Hazırkı mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının ən qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində innovativ islahatları uğurla davam etdirir. Ölkənin XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçməsini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni duruma transformasiyasını daha da sürətləndirəcək istiqamətlər və prioritetlər müəyyənləşdirilir.

Vurğulanıb ki, bu nailiyyətlərin əsasında müasir müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. Ümummilli Lider XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin meyillərini uzaqgörənliklə göstərib. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və sonrakı çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI əsrin siyasi və sosial-iqtisadi inkişafının konsepsiyası və aydın proqramıdır. Ulu Öndər həmin müraciətində deyib: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən irimiqyaslı layihələr, sosial sahədə sıçrayış və digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada analoqu olmayan özünəməxsus inkişaf modeli ortaya qoyub. Həmin model ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektual potensiala əsaslanan kreativ millətin formalaşdırılması ideyasına köklənib.

Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş və bu gün böyük uğurla inkişaf etdirilən tərəqqi strategiyasının başlıca amili insan potensialının formalaşması, onun daim təkmilləşdirilməsi və səfərbər olunmasıdır.

Hələ Azərbaycanda siyasi hakimiyyətin ilk mərhələsində Heydər Əliyevin ölkənin parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri də azərbaycanlı gəncləri keçmiş sovet birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrü ölkəmizin inkişafının intibah dövrü kimi dəyərləndirilməlidir. Əgər həmin dövrdə Azərbaycan o qədər inkişaf etdirilməsəydi bugünkü müstəqilliyimiz əsl reallığa çevrilməzdi. Həmin dövrdə respublikamızın hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olunub. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilədək ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlib. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilib.

Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün Ulu Öndərin həmin illərdəki uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində tarixi missiyanın həyata keçirilməsi idi.

Təhsilin inkişafına 1993-cü ildən sonra da xüsusi qayğının göstərilməsi Ümummilli Liderin daha çox diqqət mərkəzində olub, vətəndaşların təhsil hüquqları məhz onun rəhbərliyi ilə işlənmiş və qəbul edilmiş Konstitusiyada dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılıb, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanılıb.

Göründüyü kimi, Ulu Öndər insan potensialının inkişafına dair geniş tədbirlərə hələ 1970-ci illərdə başlayıb. BMT insan potensialının inkişafı ilə bağlı ilk qlobal çalışmalara isə yalnız 1990-cı illərdə, yəni, Heydər Əliyevin bu sahədə islahatlarından təqribən 20 ildən sonra start verib. Azərbaycandan fərqli olaraq, BMT-nin bu istiqamətdə sistemli təşəbbüsləri və bu strateji istiqamətin təhlilinə və inkişafına həsr olunmuş ilk hesabatları yalnız XX əsrin son on illiyinə təsadüf olunur.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında müasir anlamda insan potensialının inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilməsi də ilk dəfə Ümummilli Lider tərəfindən həyata keçirilib. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanıb. Habelə BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən hesabatlar sırasına daxil edilib.

İctimai-siyasi xadimlərin, ali təhsil və elm müəssisələrinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri elmi-praktik seminarın sonunda suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb