CƏMİYYƏT


Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq

A+ A

Bakı, 12 dekabr, AZƏRTAC 

Ömrünü xalqının tərəqqisinə həsr etmiş, ona nicat vermiş dahi şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq.

Bu sözləri dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Bakı sakini Saqi Əsədov AZƏRTAC-a müsahibəsində deyib.

O vurğulayıb ki, gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə xüsusi əhəmiyyət verən Ümummilli Lider həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Ulu öndər Heydər Əliyev dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirib, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.