Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyevin milli dövlətçilik konsepsiyası və Naxçıvanda qəbul olunmuş tarixi qərarlar

Bakı, 6 may, Ülviyyə Məmmədli, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar mayın 6-da Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində “Heydər Əliyevin milli dövlətçilik konsepsiyası və Naxçıvanda qəbul olunmuş tarixi qərarlar” adlı “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

“Dəyirmi masa”da çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin son dərəcə zəngin və mənalı həyat yolu və fəaliyyətinin müxtəlif dövrlərindən ətraflı bəhs edib. O qeyd edib ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də xalqımız üçün bir o qədər böyük bayramdır.

Qeyd edilib ki, Ulu Öndər Azərbaycan tarixində dönüş yaradaraq ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.

Bildirilib ki, xilaskarlıq missiyası Ümummilli Liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildi. Heydər Əliyev siyasətinə, şəxsiyyətinə dərin sədaqət və əzmkarlıq ifadə edilmiş siyasi məktəbin məhz Naxçıvanla birbaşa bağlı olduğunu nəzərə alsaq, şəxsiyyət və torpaq məfhumlarının müqayisəli ifadələrinə bəraət verə, onu təqdir edə bilərik.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu layiqli bir Azərbaycan övladını - əsl vətəndaş, dərin düşüncə sahibi, Heydər Əliyevə sədaqət məktəbinin öncülü, qanında, canında yaratmaq eşqi çağlayan bir insanı - Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağa sövq etdi. 1995-ci il dekabrın 16-da muxtar respublika Ali Məclisinin sədri seçilən Vasif Talıbov ötən dövr ərzində uğurları ilə böyük Heydər Əliyevin seçimində qətiyyən yanılmadığını bir daha sübut etdi. Həmçinin Heydər Əliyevdən sonra Azərbaycan Prezidenti seçilmiş, Ulu Öndərin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafının aparıcı simalarından birinə çevrildi.

“Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ikinci dövr üçün dövlət başçısı seçildi və bu gün Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırdı. Bütün bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq”, - deyə Bəxtiyar Əsgərov diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “dəyirmi masa”da “Heydər Əliyevin müstəqil dövlətçilik təliminin Naxçıvan dərsləri” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı, həm də Azərbaycanda müstəqil dövlətçilik konsepsiyasının banisidir. Heydər Əliyevin zəkası, müdrikliyi, təcrübəsinin birləşməsi nəticəsində mükəmməl bir dövlətçilik konsepsiyası yaranıb ki, bu, bizim üçün bir qanundur. Bu, həm də digər müstəqillik qazanmış ölkələr üçün mükəmməl modeldir. Ulu Öndərin həyatının Naxçıvan dövründən danışarkən onu qeyd etmək lazımdır ki, Heydər Əliyev kimi görkəmli bir dövlət xadiminin Azərbaycanın KP MK-nın birinci katibi, SSRİ-nin rəhbərlərindən biri olandan sonra Naxçıvana qayıdışı yalnız Azərbaycan xalqının tale işidir. Ermənistanla sərhəddə olan Naxçıvanın qorunub saxlanılması, inkişaf etdirilməsi Ulu Öndərin Azərbaycan dövlətinə ən böyük xidmətlərindən biridir. Onun Naxçıvanda qəbul etdiyi qərarlar öz xarakterinə görə Naxçıvan Muxtar Respublikası ilə yanaşı, ümumazərbaycan xarakterli qərarlardır. Bu qərarlar həm də yeni tarixi şəraitdə Naxçıvanın qorunub saxlanmasına, möhkəmlənməsinə həsr olunan qərarlardır. Azərbaycanın taleyini həll edən, müstəqillik uğrunda mübarizəyə kömək edən bu qərarların nəticələrini biz bu gün açıq-aydın görürük.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Ulu Öndərin ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər sahələr kimi, mədəniyyətimiz də böyük çətinliklər qarşısında qalmışdı. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Ulu Öndərin hakimiyyəti illərində rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etdi.

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyevin ölkəmizdə təhsilin və səhiyyənin inkişafına diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu Öndərin hələ SSRİ-nin tərkibində olduğumuz vaxtlarda Azərbaycanda gördüyü işlər, genişmiqyaslı fəaliyyəti bu gün Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin edib. Ölkəmizdə hansı sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu Öndər tərəfindən qoyulub.

Ulu Öndərin tibb, səhiyyə sahəsinə diqqətindən danışan Ə.Əmiraslanov qeyd edib ki, o, hələ 1970-ci illərdə Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığı barədə fikirləşirdi. Onun hələ o dövrdə apardığı siyasətin bu gün nə dərəcədə müdrik bir siyasət olduğunu görürük. Yenidən hakimiyyətə gəldikdən sonra Heydər Əliyev yenə də səhiyyəyə, tibb təhsilinə xüsusi qayğı göstərməyə başladı.

Milli Məclisin deputatları Musa Qasımlı, Qüdrət Həsənquliyev, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova və başqaları “dəyimi masa”da çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi tarixi xidmətlərdən danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI