Heydər əl-Abadi: İraq torpaqları İŞİD-dən tam azad olundu
Bakı, 9 dekabr, AZƏRTAC
İraqın Baş naziri Heydər əl-Abadi İŞİD terror qruplaşması ilə müharibənin zəfərlə sona çatdığını, ölkənin bütün ərazisində dövlət bayraqlarının asıldığını elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, hökumət qüvvələri İraq-Suriya sərhəd üzərində nəzarəti tam bərpa edib və bununla da İŞİD-ə qarşı müharibə yekunlaşıb.
Xatırladaq ki, 2014-cü ildə qruplaşma İraqın ikinci ən böyük şəhəri Mosul da daxil olmaqla, ölkədə bir çox əraziləri ələ keçirmişdi. 2017-ci ildə bu şəhər azad olunmuş, sonradan digər ərazilərin terrorçulardan təmizlənməsi üçün əməliyyatlara başlanılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]