REGİONLAR
Heyvandarlıq məhsullarının istehsalı artıb
Şamaxı, 6 oktyabr, AZƏRTAC
Şamaxı rayonu heyvandarlıq üçün əlverişli bölgələrdəndir və təsadüfi deyildir ki, son illər aqrar sektorda aparıcı yer tutan bu sahə dinamik inkişaf edir. Cari ilin doqquz ayının yekunları da məhz bu inkişafdan xəbər verir.
Rayon statistika idarəsindən doqquz ayın yekunları ilə əlaqədar AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda bölgədə 38 min 120 baş iribuynuzlu mal-qara, 183 min 808 baş davar var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə inək-camışların sayı 388 baş, qoyun-keçilərin sayı isə 561 baş artıb.
Doqquz ayda rayonda ət istehsalı (diri çəkidə) 16 ton artaraq 3 min 659 tona, süd istehsalı 172 ton artaraq 16 min 538,4 tona çatıb. Bu müddətdə 9 milyon 895 min ədəd yumurta, 378,8 ton yun istehsal olunub ki, ötən illə müqayisədə həmin göstəricilər müvafiq olaraq 9 min ədəd və 1,5 ton artıb.