REGİONLAR
Heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Zaqatala, 10 oktyabr, AZƏRTAC
Uğurla davam edən “Kənd təsərrüfatı ili”nə Zaqatala rayonunun heyvandarları da öz töhfələrini verirlər. Belə ki, cari ilin ötən doqquz ayında rayonda bütün növ heyvandarlıq məhsulları istehsalında keçən ilin eyni dövrü ilə müqayisədə yüksək artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin doqquz ayında rayonda diri çəkidə ət istehsalı 2014-cü ilin müvafiq dövrünə nisbətən 189 ton artaraq 6 min 663 ton təşkil edib. Bu müddət ərzində rayonda 31 min 418 ton süd istehsal olunub və məhsul istehsalı əvvəlki illə müqayisədə 217 ton artıb. Həmin dövrdə yumurta istehsalı 271 min ədəd artaraq, 1 milyon 584 min ədədə çatıb. Ötən müddətdə rayonun təsərrüfatlarında 295 ton, yəni əvvəlki ildəkindən 21 ton çox yun istehsal olunub.