REGİONLAR


Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda zona müşavirələri keçiriləcək

Bakı, 16 iyun, AZƏRTAC 

İyunun 20-də Ağstafa rayonunda (Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə), iyunun 21-də isə Göygöl rayonunda (Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonları üzrə) Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, zona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat institutlarının, Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr təqdim olunacaq. Həmçinin yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Tədbir iştirakçıları innovativ təcrübələrin nümayişi məqsədi ilə təsərrüfatlarla da tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.