İQTİSADİYYAT


Heyvanlar arasında diaqnostik müayinələr və profilaktik peyvəndləmələr epizootik tədbirlər planına uyğun aparılır

Bakı, 21 aprel, Ramiz Quliyev, AZƏRTAC 

Heyvanlar arasında diaqnostik müayinələr və profilaktik peyvəndləmələr epizootik tədbirlər planına uyğun aparılır.

Bakı şəhəri Baytarlıq İdarəsinin rəis müavini Eldar Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heyvanlar arasında yayılmış təhlükəli zoonoz xəstəlikləri karantin xəstəlikləri siyahısına aid edilib.

Rəis müavininin sözlərinə görə, hər ilin sonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikanın rayon və şəhərlərində epizootik tədbirlər planı təsdiq olunur. Plana uyğun olaraq, həm diaqnostik müayinələr, həm də profilaktik peyvəndləmələr aparılır. Belə ki, brusellyoz, tuberkulyoz xəstəliklərinə qarşı diaqnostik müayinələr, qarayara, quduzluq, qoyunların çiçək xəstəliyi və digərIərinə qarşı profilaktik peyvəndlər həyata keçirilir. “Konkret olaraq, brusellyoz xəstəliyi ilə bağlı bir neçə fakta müraciət edək. 2007-ci ildən etibarən Azərbaycanda xırdabuynuzlu heyvanlar arasında profilaktiki “REV-1” vaksini ilə göz-damla üsulu aparırıq. Bu vaksinasiya ilə aparılmış peyvəndləmə isə öz nəticəsini verməkdədir”.

E.Həsənov bu xəstəliyin əsas yayılma mənbəyinin xəstə heyvanlar və onlardan alınmış süd məhsulları olduğunu söyləyib. Xüsusilə də duzsuz pendirdən və xəstə heyvanların ətindən istifadə edilməsi, süd məhsullarının düzgün pasterizə olunmaması yoluxmaya səbəb olurdu.

Rəis müavini onu da vurğulayıb ki, artıq peyvəndləmə apardıqdan sonra həmin heyvanlarda 18 ay müddətində immunitet yaranır, yoluxma ehtimalı isə yoxdur. Bakı şəhəri üzrə statistikaya nəzər salsaq, 2010-2011-ci illərdə 400 heyvan brusellyoz xəstəliyinə yoluxurdusa, artıq bu rəqəm 2015-2016-cı ildə 129 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.