Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı yenidən qurulması, bərpası, konservasiyası və ləğv edil-məsi zamanı onların təhlükəsizliyinin təmin olunması ilə bağlı mü-nasibətləri tənzimləyir, dövlət hakimiyyəti orqanlarının, qurğu mül-kiyyətçilərinin və istismarçılarının vəzifələrini müəyyənləşdirir.

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Hidrotexniki qurğu--su anbarları, bəndlər, magistral su-nəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahil-bərkidici, məcranizamlayıcısı, balıqburaxan və balıqqoruyucu, Xə-zər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, limanlar, gəmiburaxan şlüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular;

1.0.2. hidrotexniki qurğunun təhlükəsizliyi--hidrotexniki qur-ğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağ-lamlığının, əmlakının, ətraf mühitin və təsərrüfat obyektlərinin mü-hafizəsini təmin edən xüsusiyyətləri;

1.0.3. hidrotexniki qurğunun təhlükəsizliyinin qiymətləndiril-məsi--hidrotexniki qurğunun texniki vəziyyətinin və istismar heyə-tinin ixtisas dərəcəsinin bu Qanunla və digər müvafiq normativ hü-quqi aktlarla müəyyən olunan norma və qaydalara uyğunluğunun müəyyənləşdirilməsi;

1.0.4. hidrotexniki qurğunun təhlükəsizliyi meyarları--hidro-texniki qurğunun davamlılığının və texniki vəziyyətinin, eləcə də istismar şərtlərinin qurğuda qəza baş verməsinin yol verilə bilən risk həddinə uyğun gələn kəmiyyət və keyfiyyət göstəricilərinin son həddi;

1.0.5. hidrotexniki qurğunun təhlükəsizliyinin təmin olunması--hidrotexniki qurğuda qəza baş verməsinin qarşısının alınması üz-rə kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

1.0.6. hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi--hid-rotexniki qurğunun təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən sənəd;

1.0.7. hidrotexniki qurğunun mülkiyyətçisi --hidrotexniki qur-ğuya sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və ya fiziki şəxs;

1.0.8. hidrotexniki qurğunun istismarçısı --mülkiyyət və təşki-lati-hüquqi formasından asılı olmayaraq təsərrüfat, yaxud sahib-karlıq fəaliyyəti məqsədilə hidrotexniki qurğunun istismar edən hüquqi və ya fiziki şəxs;

1.0.9. fövqəladə hal--hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat obyektlərinə zə-rər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət.

Maddə 2. " Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qa-nunvericilik

2.1. hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunveri-cilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, "Meliorasiya və irriqasiya haqqında", "Su Təchizatı və tullantı suları haqqında" , "Energetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Enerji resurslarından istifadə haqqında", "Texniki təh-lükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə hidrotexniki qurğuların təhlükəsizliyi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalar-dan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

2.3. Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində beynəlxal əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və bey-nəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası ilə başqa dövlətlər və beynəlxalq təşkilatlar arasında bağlanmış müqavilələr, sazişlər və razılaşmalar əsasında həyata keçirilir.

Maddə 3. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatı

3.1. Azərbaycan Respublikasının ərazisində məqsədli təyinatın-dan, təhlükəsizlik dərəcəsindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq hidrotexniki qurğular təsnifatlaşdır-lır, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara bölünür.

3.2. Dövlətlərarası müştərək istismar edilən və kaskad tipli su elektrik stansiyaları, iri su anbarları, su nasosxanaları, bəndlər, tu-nellər, magistral kanallar, kollektorlar, su anbarlarının və çay sahil-lərinin mühafizə qurğuları, habelə Xəzər dənizinin (gölünün) Azər-baycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları xüsusi mühafizə olunan dövlət əhəmiyyətli hidrotexniki qurğulara aid edilir.

3.3. Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatı müvafiq icra haki-miyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 4. Hidrotexniki qurğular üzərində mülkiyyət və istismar hüququ

4.1. Hidrotexniki qurğular dövlət, bələdiyyə və xüsusi mülkiy-yətdə ola bilər.

4.2. Hidrotexniki qurğular üzərində istismar hüququ Azərbay-can Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əldə edilir.

Maddə 5. Hidrotexniki qurğuların dövlət reyestri

5.1. Hidrotexniki qurğuların dövlət reyestri qurğunun məqsədli təyinatını, texniki xassələrini, təhlükəsizlik dərəcəsini və təhlükə-sizliyi üzrə təsnifatını özündə əks etdirən məlumatlar toplusudur və onların sistemləşdirilmiş qeydiyyatını, səmərəli istifadəsini və mühafizəsini təşkil etmək məqsədilə aparılır.

5.2. Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.3. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi təsdiq edildikdən sonra dövlət reyestrinə daxil edilir.

II fəsil

Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması

Maddə 6. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olun-masına tələblər

6.1. Hidrotexniki qurğuların təhlükəsizliyi aşağıdakı tələblər əsasında təmin olunur:

6.1.1. qurğularda qəza riskinin müəyyən olunması;

6.1.2. qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi;

6.1.3. qurğuların istismarının fasiləsizliyi;

6.1.4. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbir-lərin hazırlanması, həyata keçirilməsi, o cümlədən onların təhlükə-sizlik meyarlarının müəyyən edilməsi, texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması, istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması;

6.1.5. qurğularda fövqəladə halların qarşısını almaq məqsədilə qabaqlayıcı kompleks tədbirlərin görülməsi;

6.1.6. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbir-lərin maliyyələşdirilməsi;

6.1.7. qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb olan hərəkətlərə (yaxud hərəkətsiz-liyə) görə məsuliyyətin müəyyənləşdirilməsi.

6.2. Hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə onların təhlü-kəsizliyi üzrə təsnifatından asılı olaraq müvafiq mühafizə rejimi tətbiq edilir və ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zo-nalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

6.3. Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir gös-tərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsi qada-ğan edilir.

6.4. Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfin-dən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

Maddə 7. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olun-ması üzrə dövlətin vəzifələri

7.0. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələri aşağıdakılardır:

7.0.1. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramları hazırlamaq və həyata keçirmək;

7.0.2. qurğuların təhlükəsizliyi sahəsində elmi-texniki siyasəti müəyyən etmək və beynəlxalq əməkdaşlığı həyata keçirmək;

7.0.3. qurğuların təhlükəsizliyi üzrə təsnifatını və mühafizə re-jimini müəyyən etmək;

7.0.4. qurğuların dövlət reyestrinin tərtib edilməsi və aparılma-sı qaydalarını müəyyən etmək;

7.0.5. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının keçirilməsi və tərtib olunma qaydalarını təsdiq etmək;

7.0.6. qurğularda qəza hadisələrinin texniki təhqiqatının apa-rılması üzrə xüsusi komissiya təşkil etmək;

7.0.7. qurğuların etibarlılığını, təhlükəsiz istismar qaydalarını və tələblərini özündə əks etdirən normativlərin və standartların iş-lənməsini və təsdiqini təşkil etmək;

7.0.8. qurğuların təhlükəsizliyi üzrə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;

7.0.9. təbii fəlakət nəticəsində qəzaya uğramış, zədələnmiş və dağıdılmış qurğuların ləğv olunması, bərpası və ya konvensiyası barədə qərar qəbul etmək;

7.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Maddə 8. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olun-ması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri

8.1. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri aşa-ğıdakılardır:

8.1.1. qurğunun tikintisi, istismara verilməsi, istismarı, təmiri, yenidən qurulması, istismardan çıxarılması və koncervasiyası za-manı təhlükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək;

8.1.2. qurğunun istismarını mövcud qanunvericiliyə uyğun təş-kil etmək, istismar heyətinin ixtisas dərəcəsinin artırılmasını təmin etmək;

8.1.3. qurğunun texniki vəziyyətinə müntəzəm nəzarət etmək, fasiləsiz monitorinq aparmaq, onların nəticələrini təhlil etmək, əldə olunmuş məlumatlar əsasında qurğuların təhlükəsizliyini, təbii və texnogen hadisələrin zərərli təsirini proqnozlaşdırmaq və qiymət-ləndirmək;

8.1.4. qurğuda fövqəladə vəziyyətin yarandığını xəbər verən yerli xəbərdarlıq sisteminin daim işlək vəziyyətdə olmasını təmin etmək;

8.1.5. qurğunun texniki vəziyyətinə nəzarət sistemi yaratmaq, onu daim təkmilləşdirmək və işlək vəziyyətdə olmasını təmin et-mək;

8.1.6. qurğuda qəza baş verməsi ehtimalı yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanlarını, bələdiyyələri və əhalini xə-bərdar etmək, baş verə biləcək qəzanın aradan qaldırılması üzrə təkliflər vermək və tədbirlər görmək;

8.1.7. qurğunun təhlükəsizliyinə mənfi təsir göstərən səbəblə-rin müntəzəm təhlili, onun texniki cəhətdən saz və təhlükəsiz ol-masının təmin edilməsi, habelə qurğuda qəra baş verməsinin qar-şısının alınması üzrə vaxtında lazımi tədbirlər işləyib həyata keçir-mək;

8.1.8. qurğuda qəzanın qarşısının alınması məsələləri üzrə mü-vafiq icra hakimiyyəti orqanları və bələdiyyələrlə qarşılıqlı əlaqələr yaratmaq, qəza təhlükəsi və qurğunun dağılma qorxusu reallaşdıq-da ərazidə məskunlaşan əhalinin və təşkilatların subasma zonasın-dan çıxarılmasına yardım etmək;

8.1.9. dövlət nəzarət orqanları tərəfindən aşkar edilən təhlükə-sizlik norma və qayda pozuntularını vaxtında aradan qaldırmaq;

8.1.10. qurğunun təhlükəsiz istismarı, qəza hadisələrinin baş verməməsi və qəzanın nəticələrinin aradan qaldırılması üçün mü-vafiq maliyyə və material ehtiyatları yaratmaq.

8.2. Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı onun təhlükəsizlbyinə öz səlahiyyətləri daxilində cavabdehdirlər.

Maddə 9. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi

9.1. Hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istis-marı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı tə-miri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı hidrotexniki qurğunun təhlükəsizlik bəyannamə-sini tərtib etməlidir.

9.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi qurğu-nun təhlükəsizlik meyarlarına cavab verən məlumatları özündə əks etdirən əsas sənəddir.

9.3. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tər-tib olunma qaydaları və forması müvafiq icra hakimiyyəti orqanı tə-rəfindən müəyyən edilir.

9.4. Hidrotexniki qurğunun mülkiyyətçisi və ya istismarçısı qur-ğunun təhlükəsizlik bəyannaməsini müvafiq icra hakimiyyəti or-qanlarının təsdiqinə verir. Hidrotexniki qurğuların təhlükəsizlik bə-yannaməsinin təsdiq olunması, qurğunun dövlət reyestrinə daxil edilməsi, layihənin təsdiq edilməsi, qurğunun tikintisi, istismara verilməsi, istismar edilməsi, istismardan çıxarılması, yenidən qu-rulması, əsaslı təmiri, bərpası və konservasiyası, habelə təyinatının dəyişdirilməsi və ləğvi üçün əsasdır.

9.5. Hidrotexniki qurğunun mülkiyyənçisi və istismarçısı təhlü-kəsizlik bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

9.6. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi qurğu-nun mülkiqyətçisində və ya istismarçısında saxlanılır.

Maddə 10. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi-nin ekspertizası

10.1. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası layihə mərhələsi də daxil olmaqla müvafiq icra haki-miyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənişli əsas-larla həyata keçirilir.

10.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını aparmaq üçün elmi-tədqiqat və layihə təşkilatları cəlb edilə bilər.

10.3. Ekspertizanın nəticəsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qurğuların təhlükəsizlik bəyannaməsinin təs-diqi haqqında qərar verilir.

Maddə 11. Hidrotexniki qurğuda baş vermiş qəza hadisələrinin texniki təhqiqatı

11.1. Hidrotexniki qurğuda baş vermiş qəza hadisəsi müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki cəhətdən təhqiq edilir.

11.2. Qəza hadisələrinin texniki təhqiqatının nəticələri barədə komissiya tərəfindən xüsusi akt tərtib edilir. Aktda qəzanın səbəb-ləri və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi, qəza nəticəsində dəyən ziyanın həcmi, təhlükəsizlik qaydalarının və tə-ləblərinin pozulması halları, habelə qəza hadisəsinin lokallaşdırıl-ması və aradan qaldırılması üzrə görülmüş və görüləcək tədbirlər göstərilir.

11.3. Hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları qəza hadisələrinin texniki təhqiqatı üzrə təşkil edilmiş komissiyaya lazımi məlumat və sənədləri təqdim etməlidir.

III fəsil

Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti

Maddə 12. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nə-zarətinin məqsədi

12.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti-nin məqsədi onların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji, metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və tələblərə riayət olunmasını təmin etməkdən ibarətdir.

12.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti-nin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tə-rəfindən müəyyən edilir.

Maddə 13. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nə-zarətini həyata keçirən orqanların vəzifələri

13.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

13.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:

13.2.1. qurğuların təhlükəsizlik qaydalarını hazırlamaq, təsdiq etmək, onların meyarlarını müəyyənləşdirmək;

13.2.2. qurğuların dövlət reyestrini aparmaq;

13.2.3. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını keçirmək, təsdiq etmək və onları dövlət reyestrinə daxil etmək;

13.2.4. qurğuların yerləşdirilməsində, layihə tapşırıqlarının, ti-kinti və yenidən qurulma layihələrinin, habelə istismar qaydalarının razılaşdırılmasında, tikintinin keyfiyyətinə nəzarət və tikintisi qur-tarmış obyektlərin istismara qəbul edilməsində iştirak etmək;

13.2.5. qurğulara maneəsiz baxış keçirmək, təhlükəsizliyi ba-rədə materiallarla tanış olmaq və texniki nəzarəti təşkil etmək;

13.2.6. qurğuların texniki vəziyyətinin onun təhlükəsizlik bə-yannaməsinə uyğunluğunu yoxlamaq;

13.2.7. qurğuların yerləşdiyi ərazilərdən, çayların məcraların-dan, digər sututarlardan və onlara bitişik ərazilərdən (suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna olmaqla) istifadə olunma-sını razılaşdırmaq;

13.2.8. qurğuların təhlükəsizliyinə aid normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

13.2.9. çayların məcralarında, sututarlarda, onlara bitişik sahə-lərdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gə-tirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq, yaxud məhdudlaşdırmaq;

13.2.10. qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq.

Maddə 14. Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarətin təşkili

14.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət onların təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və kon-servasiyası zamanı texniki yoxlama qaydasında həyata keçirilir.

14.2. Texniki yoxlama müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnamə ilə nizamlanır və həyata keçirilir.

14.3. Texniki yoxlamanın nəticələri əsasında müvafiq icra haki-miyyəti orqanları qərar qəbul edir və onu hidrotexniki qurğunun mülkiyyətçilərinə və ya istismarçılarına göndərir.

14.4. Mülkiyyətçilər və ya istismarçılar texniki yoxlamanın nəti-cələri barədə müvafiq icra hakimiyyəti orqanlarının qərarını yerinə yetirməyə borcludurlar.

IV fəsil

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 15. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qa-nunvericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi

15.1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunve-riciliyin pozulması nəticəsində fövqəladə hallar istisna olmaqla, in-sanların həyatına, sağlamlığına, hüquqi və fiziki şəxslərin əmlakına vurulan ziyan qüvvədə olan qanunvericiliyə əsasən zərərçəkənlərə qurğunun mülkiyyətçisinin və ya istismarçısının vəsaiti hesabına ödənilir.

15.2. Hidrotexniki qurğuların mülkiyyətçisi və ya istismarçısı onların sığortalanmasını Azərbaycan Respublikasının qanunvericili-yinə uyğun olaraq təmin edir.

Maddə 16. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qa-nunvericiliyin pozulmasına görə məsuliyyət

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. Mübahisələrin həlli

Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 dekabr 2002-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin