SİYASƏT


Hikmət Çətin: Azərbaycanın inkişafından qürur duyuram

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycanla Türkiyə bütün sahələrdə bərabər hərəkət edir. Bu, dövlətlərarası münasibətlərin gözəl örnəyi olmaqla yanaşı, həm də iki millətin sıx bağlılığından xəbər verir və hər sahədə inkişafına yol açır. Əgər Dağlıq Qarabağ problemi həllini tapsa, bütün bölgədə inkişafa əlavə imkan yaranar. Lakin təəssüf ki, problem hələ də həll olunmamış qalır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib: “1991-ci ildən etibarən Azərbaycana bir çox səfərlərim olub. Ölkənizin bu illər ərzində necə inanılmaz sürətlə inkişaf etdiyinin şəxsən şahidiyəm. Hazırda Bakıda keçirilən qlobal forumlarla Azərbaycan dünya problemlərinin həllinə çox böyük töhfə verir. Bu Forumda da beynəlxalq əlaqələrin gələcək inkişafı, hamımızı maraqlandıran digər bir sıra önəmli məsələlər nüfuzlu liderlərin iştirakı ilə müzakirə olunur. Burada 40-dan çox ölkə başçısı, siyasi xadim iştirak edir. Azərbaycanın bu inkişafından qardaş ölkənin vətəndaşı olaraq qürur duyuram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.