ELM VƏ TƏHSİL


“Hikmət xəzinəsi” əsəri Azərbaycan dilində

Bakı, 23 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Kəmalə Abbasovanın fars dilindən tərcümə etdiyi Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda XVIII əsrin məşhur təbiblərindən biri Hacı Süleyman Qacar İrəvaninin təbii bitkilər və sadə vasitələrlə müalicə üsullarından bəhs olunur. Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan kitab dörd hissədən ibarətdir. Əsərdə əczaçılıqda istifadə olunan vasitələrin forma və xüsusiyyətləri haqqında dolğun məlumat verilir.

Kitabın elmi redaktoru Azərbaycanın Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru Fərid Ələkbərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.