DÜNYA


“Hilari” qasırğası Meksika sahillərində güclənir

Bakı, 26 iyul, AZƏRTAC

Sakit okeanın Meksika sahillərində “Hilari” qasırğasının gücü ikinci kateqoriyaya çatıb. Bu barədə Latın Amerikası Ölkələrinin Su Resursları Milli Komissiyası məlumat verib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, hazırda qasırğa daxilində sürət saatda 155 kilometrdən 195 kilometrə çatır. “Hilari” Meksika sahillərindən 800 kilometr məsafədədir və 3,5 metr hündürlüyündə dalğa yaradır. Sinoptiklər qasırğanın qitədən ayrılacağı, eyni zamanda, gücünün üçüncü kateqoriyaya çatacağı proqnozunu verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.