DÜNYA
Hilları Klinton populyarlığına görə rəqibi Donald Trampı 8 faiz qabaqlayır
Bakı, 23 avqust, AZƏRTAC
Demokratik partiyadan ABŞ prezidenti postuna namizəd Hillari Klinton populyarlığına görə rəqibi – respublikaçı Donald Trampı 8 faiz qabaqlayır. Bu göstərici NBC News telekanalının keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 50 faizi xanım Klintona, 42 faizi isə Donald Trampa səs verməyə hazır olduğunu bildirib. Reuters agentliyi və “Ipsos” kompaniyasının keçirdiyi sosioloji sorğuda da eyni nəticələr qeydə alınıb.
Xatırladaq ki, ABŞ-da prezident postuna və konqresin hər iki palatasına seçkilər noyabrın 8-də keçiriləcək. Ölkə konstitusiyasına əsasən, hazırkı dövlət başçısı Barak Obama ikinci prezidentlik müddətini başa vurduğu üçün yenidən namizəd kimi seçkilərdə iştirak edə bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]