DÜNYA
Hillari Klinton seçkiqabağı kampaniyanı davam etdirməyə hazırdır
Bakı, 14 sentyabr, AZƏRTAC
ABŞ prezidenti postuna Demokratik Partiyadan namizəd Hillari Klinton pnevmoniya tutmasından sonra seçkiqabağı kampaniyanı davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Frans Press agentliyi siyasətçinin seçki qərargahına istinadla məlumat yayıb. “Biz kampaniya çərçivəsində səfərləri cümə axşamı bərpa edəcəyik”, - deyə Klintonun nümayəndəsi Nik Merrill bildirib.
Ötən bazar günü 11 sentyabr terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə halı pisləşən Hillari Klinton tədbiri yarımçıq tərk etmişdi. Onun huşunu itirdiyi bildirilirdi. Bir qədər sonra prezidentliyə namizədin şəxsi həkimi onun sətəlcəm olduğunu bəyan etmişdi.
Hillari Klintonun xəstəliyi ABŞ siyasi dairələrində və KİV-də geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Dövlət başçısı postu uğrunda mübarizədə Klintonun əsas rəqibi respublikaçı Donald Trampdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]