DÜNYA


Hillari Klinton seçkiqabağı kampaniyaya Donald Trampdan daha çox pul xərcləyir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

ABŞ-ın prezidenti postuna demokratların namizədi Hillari Klinton iyul ayında özünün seçki kampaniyasına 49 milyon dollar xərclədiyi halda, onun respublikaçı rəqibi Donald Tramp cəmi 18,4 milyon dollar sərf edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fərqin səbəbi sabiq dövlət başçısının teleekranlarda kiçik, lakin bahalı çıxışlara və reklam çarxlarına külli miqdarda pul xərcləməsidir.

Xanım Klinton keçən ay “çox sayda televiziya və internet reklamlarına” 26 milyon dollar xərcləyib. Ümumilikdə isə reklam rolikləri keçmiş dövlət katibinə 120 milyon dollara başa gəlib. Daha 5 milyon dollar isə Hillari Klintonun təşviqat qərargahına daxil olan 705 nəfərə əməkhaqqı kimi ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.