DÜNYA
“Hilton” mehmanxanalar şəbəkəsi hakerlərin hücumuna məruz qalıb
Bakı, 25 noyabr, AZƏRTAC
Beynəlxalq “Hilton” mehmanxanalar şəbəkəsi hakerlərin hücumuna məruz qalıb. Hakerlərin məqsədi müştərilərin ödəniş kartları barədə məlumatları ələ keçirmək olub.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, cinayətkarları maraqlandıran əsas məsələ müştərilərin ödəniş kartlarının nömrələri, bu kartların təhlükəsizlik kodları, qüvvədə olma müddəti və onların sahiblərinin adları imiş, lakin müştərilərin ünvanları və kartların PİN-kodları onları maraqlandırmayıb.
“Hilton” dərhal təhqiqata başlayıb və öz sistemlərinin müdafiəsini gücləndirib.
2014-cü il noyabrın 18-dən dekabrın 5-dək və 2015-ci il aprelin 21-dən iyulun 27-dək bu otellərin xidmətlərinin haqqını ödəmiş mehmanxana şəbəkəsi müştərilərinin hamısına öz hesablarındakı məlumatları yoxlamaq tövsiyə edilib.
"Hilton Worldwide" şirkətinə məxsus brendlər Azərbaycan da daxil olmaqla, dünyanın 90 ölkəsində 3900-dan çox oteli birləşdirir.